Çoxuşaqlı ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMA

Çoxuşaqlı ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMA"Azərbaycanda uşaqların sosial müdafiəsi və təminatı dövlətimizin yürütdüyü siyasətin ən ümdə prioritetlərindən biridir. Son illərdə aparılan iqtisadi-sosial islahatlarlar nəticəsində uşaqların sosial müdafiəsi istiqamətində müxtəlif addımlar atılıb, xüsusilə də çoxuşaqlı ailələrə dövlət tərəfindən müxtəlif sosial müdafiə tədbirləri həyata keçirilməkdədir. Neçə ildir ki, verilən ünvanlı sosial yardımın böyük bir hissəsi məhz uşaqların sosial təminatının bir hissəsidir. Belə ki, həmin yardımın ən azı 60 faizi, uşaqları əhatə edir. Bundan başqa uşaqların sosial müdafiəsi istiqamətində bir neçə müavinət verilir. Eləcə də, beşdən çox uşağı olan ailələrə ayrıca dövlət müavinəti təyin edilib. 2023-cü il yanvarın 1-dən həmin ailələrin müavinətləri 15 faiz artırlıb. Eləcə də uşaqlara verilən digər müavinətlərin məbləği də don bir ildə 15-20 faiz artırılıb ki, bu da sosial qayğının təzahürüdür".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili qeyd edib ki, ölkəmizdə demoqrafik vəziyyət kifayət qədər qənaətbəxşdir, təbii artım NDB və digər ölkələrlə müqayisədə xeyli dayanıqlıdır, əhalinin artımı hər il yüksəlir:

"Digər ölkələrdə demokratik vəziyyət pisləşdiyindən onlar ailə institutunun möhkəmlənməsi, uşaqların doğumunun stimullaşdırılması üçün müxtəlif dəstək proqramları həyata keçirir. Məsələn, Rusiya Federasiyası və Belarus hökuməti uşaqların doğum səviyyəsini artırmaq üçün ailələrə mənzil güzəştini tətbiq etməyi əsas stimullaşdırıcı vasitələrdən biri hesab edir. Bu ölkələrdə 4 və 5 uşağı olan ailələrə dövlət tərəfindən mənzil verilməsi nəzərdə tutulur. Bu layihə əlbəttə demoqrafik siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hökuməti də gənc ailələrə güzəştli ipoteka yolu ilə onların mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atır. Son illərdə MİDA-nın güzəştli mənzil proqramı çərçivəsində yüzlərlə gənc ailə mənzillərlə təmin olunub və s. Yəni Azərbaycanda da ailələrə digər güzəştli alətləri ilə sosial dəstək verilir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1303   Tarix: 08 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr