6 yaşa qədər uşağı olan ailələrə uşaq pulu bərpa edilə bilər? - AÇIQLAMA
Sosial yardım çətin vəziyyətdə olan ailələrə və insanlara göstərilən dövlət dəstəyidir. "Uşaq pulu" adlanan ödəniş isə xüsusən yeni doğulan və yeniyetmə yaşına çatmayan uşaqlı ailələrə edilən yardımdır. Azərbaycanda hər bir uşağa "uşaq pulu" verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. Sosial təminatı aşağı olan və 3- 6 yaşa qədər uşaqları olan ailələrə uşaq pulu bərpa edilə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Sonxeber.az-a bildirib ki, hökumət bu istiqamətdə dəfələrlə bəyan edib ki, hərhansı bir dəyişiklik nəzərdə tutmur və gözlənilmir:
"Sosial təminatı aşağı olan ailələrə hökumət tərəfindən ünvanlı sosial yardımlar verilir. Ünvanlı sosial yardımları verməkdə məqsəd uşaqların təminatını yaxşılaşdırmaqdan ibarətdir. Hökumət uşaq pulu anlayışından imtina edib. Çünki uşaq pulu ondan ibarətdir ki, varlı və kasıb uşaq var. Bunun birdəfəlik kütləvi şəkildə hamıya verilməsi doğru olmazdı. İkincisi ölkə əhalisinin artım problemi yoxdur ki, belə bir yardım nəzərdə tutulsun. Ünvanlı sosial yardım hökumətin əsas məqsədidir. Amma ünvanlı sosial yardımın sosial təminatı aşağı olan uşaqlara da verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım aztəminatlı şəxslərin vəziyyətinin yaxşılaşdırılmasıdır. Yaşından asılı olmayaraq buraya uşaqlar ilə bərabər böyüklər və yaşlılar da var.".
Ekspertin sözlərinə görə, ölkədə ünvanlı sosial yardımın təkmilləşdirilməsinə ciddi ehtiyac var:
" Həqiqətən ehtiyacı olan şəxslərə çatdırılmasına, əlçatanlığın təmin edilməsinə ehtiyac var. Bu barədə düşünürəm ki ünvanlı sosial yardımın həqiqətən ehtiyacı olan şəxslərə çatdırılması üzərində işlər görülməlidir. Amma uşaq pulu verilməsi məsələsi gözlənilmir və gözləməyə də ehtiyac yoxdur. Kütləvi ödənişlər düzgün deyil. Hamıya sosial yardım paylamaq doğru deyil. Çünki ehtiyacı olmayan uşaqlarda çoxdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 16117 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr