"Semaşko"dakı gərginliklə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda xəstəxanaların birində lentə alınan görüntülər narazılıqla qarşılanıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
İddiaya görə, yeniyetmə xəstəyə qarşı özbaşınalıq 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) qeydə alınıb.
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etdik və xəstəxanadan BAKU.WS-ə bildirilib ki, xəstə 2000-ci il təvəllüdlü Səbinə Məmmədova 08.01.2024 tarixdə saat 10:00 radələrində isterik vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Müayinə edildikdən sonra qadının 9 həftəlik hamilə olduğu müəyyən edilib. Yaxınları qanaxma olduğunu əsas gətirərək prosesin sakit şəkildə aparılmasına müdaxilə etməyə çalışıblar. Müayinələrdən sonra bətndəki dölün vəziyyətində hər hansı neqativ halın olmadığı bəlli olub. Lakin xəstə yaxınları onun qan qusduğunu və hamiləliyin pozulacağını bildirdikləri üçün, həkimlər tərəfindən həkim-cərrahın baxışı məsləhət görülüb. Yaxınları bu prosesə də mane olaraq xəstəyə sistem qoşulmasını (damardaxili infuziya) tələb ediblər, yenidən həkimlərin fəaliyyətinə müdaxilə etməyə başlayıblar.
Xəstədə cərrahın baxışından sonra mədə qanaxmasının olmaması aydın olub və xəstə şöbəyə yatırılıb. Analizlər götürülüb, lazımi müayinələr davam etdirilib və xəstədə hər hansı patologiya aşkar edilməyib. Xəstənin evdə ürəkbunlanma və qusması hamiliyin gedişində müşahidə olunan normal hallardan biri olduğu barədə yaxınlarına məlumat verilib.
Onu da qeyd edək ki, həkimlərin peşə fəaliyyətinə ciddi maneə törədən və xəstəxanada digər xəstələrə də narahatlıq yaradan sözügedən xəstə yaxınlarının davranışları səbəbilə hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1395 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr