"Aygün Bəylərə hansı adı verməliydim ki?" - Əbülfəs Qarayev
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar. Cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu məsələ ilə bağlı Manset.az Əbülfəs Qarayevlə əlaqə saxlayıb. O, açıqlamasında Aygün Bəylərə Xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib:
"Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı adı verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub."
Əbülfəs Qarayev həmin o səbəbləri açıqlamaq istəməyib. Sabiq nazir Bakıda olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak etmədiyini bildirib.
Qeyd edək ki, Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə Əməkdar artist fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1390 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr