13 yaşlı Əminənin faciəsi - "Ölən günü məhkəmə olmalıydı..."

13 yaşlı Əminənin faciəsi - "Ölən günü məhkəmə olmalıydı..."Yanvarın 7-si Bakının Nərimanov rayonunda 2010-cu il təvəllüdlü Əminə Orucova yaşadığı çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək ölüb. Hadisənin intihar olub-olmadığı haqda isə hələ ki, rəsmi məlumat yoxdur.

"Qafqazinfo"nun məlumatına görə, qızın anası Nahidə Orucova övladının təsadüf nəticəsində pəncərədən yıxıldığına inanmır. Xeberci.az-a danışan ana qızının ölümündə keçmiş həyat yoldaşının ailəsini ittiham edir: "Qızım 13 yaşlı Əminə Orucova iki gün əvvəl 05:00-da özünü 16-cı mərtəbədən atıb. Hadisə Əminə babasıgildə olan zaman baş verib. Çox müəmmalı ölümdür, babasıgili heç uşağın dalınca morqa belə getməyiblər".

Onun sözlərinə görə, hadisə baş verən gün baş tutmalı olan məhkəmə prosesinə görə uşağına təzyiq edilib: "Həyat yoldaşımla 4 ildir ayrılmışıq. 3 uşağımız var, böyük qızım 18 yaşındadır. Oğlum balacadır, onun vəkalətini vermişəm, babasıgil saxlayır. Kiçik qızım Əminəni də məndən almaq istəyirdilər. Olan uşağıma oldu. Əminə ölən günü məhkəməmiz olacaqdı. Uşağı verirdim onlara ki, rahat yaşasın. Mənim maddi imkanım yoxdur, kirayədə qalıram. Babasının 4 evi var, amma 3 nəvəsindən heç birini qeydiyyata salmayıb. Uşaqlarımın başını doldurdu ki, anan sizə yaxşı baxmır, heç nə edə bilməyəcək. Dedi, mən səndən yaxşı baxacağam. Axırda da uşağmı öldürüb verdi mənə. Uşaq gecə saat 5-də ölüb, bunlar 7-də xəbər tutub. Morqa belə uşağımın arxasınca getməyiblər. Deyirlər cizgi filminə baxıb, yıxılıb pəncərədən. Mən inanmıram! Tək istəyim odur ki, uşağımın başına nə gəlibsə, bilim".

Ana isə bildirib ki, əslində qızı babasıgillə qalmaq istəməyib: "Mən dedim ki, kağız üzərində vacib deyil, sən yenə də mənim balamsan. Nə vaxt istəyirsən gələrsən, qalarsan. Atan istəyirsə, kağızda atan ola bilər. Dedi ki, mən istəmirəm məhkəməyə getmək, bezmişəm. Keçən dəfə də onu aparıb sorğu-sual etdiklərini bildirdi. Dedi, olar, gedim orada deyim ki, mən səni istəyirəm?! Narazı idi, sözün açığı. Amma mən başa salırdım ki, get onların da yanına".

Digər iddialardan biri də uşağın məktəbdə dəfələrlə "babamın əlindən bezmişəm, həyatıma qəsd edəcəyəm" sözlərini deməsidir.

Əminənin babası Malik Orucov isə bu və digər ittihamlara cavab verib. APA TV-yə danışan M.Orucov deyilənləri təkzib edib. O, nəvəsini çox istədiyini bildirib: "Mən nəvəmi hamıdan çox istəmişəm. Nəvə istəyən adamam, bunu bütün qohum-əqrəba da bilir. Keçmiş gəlinim Nahidə xanım Türkiyəyə getmək istəyirdi, uşaqları atasına verdi. Mən də oğluma dedim ki, əgər verirsə, qanuni surətdə versin. Ölən günü məhkəmə olmalı idi. Öz aralarında danışıb razılaşmışdılar. O qız uşağı idi, mən deyirdim ki, sizi qorumalıyam. Hara gedirsənsə, de, mən bilim. Bu, o demək deyil ki, mən onu təzyiq altında saxlamışam".

Məsələ ilə bağlı fikri soruşulan Əminənin bacısı F.Orucova da babasının onlarla yaxşı davrandığını söyləyib.

Hadisə haqda Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"ya bildirildi ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır: "Hadisənin səbəbi araşdırmaların sonunda məlum olacaq".

Qeyd edək ki, Ə.Orucova Nərimanov rayonunda 177 saylı məktəbin 8-ci sinfində təhsil alırmış. Hazırda faktla bağlı istintaq araşdırması aparılır.
13 yaşlı Əminənin faciəsi - "Ölən günü məhkəmə olmalıydı..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1593   Tarix: 10 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr