Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHI

Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHITeleviziya kanalları həqiqi informasiyadan uzaqlaşaraq bayağı hərəkətlər , qeyri-peşəkar verilişlər ilə öz nüfuzunu itirir. Verilişlərdən inciyib efiri tərk edən müğənnilər, o cümlədən aparıcının müğənnini qucağına alması və s. Təbii ki, aparıcıların hərəkətlərinə fikir verməməyi, mədəniyyət sərhədlərindən kənara çıxmaq, jarqon ifadələrdən istifadə etmək artıq adət halını alıb. Sonxeber.az sözügedən qalmaqalları və şou xatirinə edilən bayağı görüntüləri təqdim edir:
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIVaxtilə anınmış tele-aparıcı Mətanət Əliverdiyevanın canlı yayımda "şpaqat" açma hərəkəti hər kəsi şoka salmışdı. Aparıcının qeyri-ciddi hərəkəti zalda olan tamaşaçılar tərəfindən alqışlansa da, mətbuatda və sosial şəbəkələrdə tənqidlə qarşılandı.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIAçıqlamaları ilə gündəmdən düşməyən müğənni Nadir Qafarzadə "Dalğa" TV-də yayımlanan "Zümrüdlə gün ortası" verilişində yoqa etməsi ilə gündəmə gəlmişdi. yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışan Nadir "Ay bala, lütləndim, hər şeyimi gördünüz" deyərək qonaqların üzünü güldürsə də, izləyiciləri qəzəbləndirib. Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIXəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində gözlənilməz şouların şahidi olmuşuq. Canlı yayımda proqramın aparıcısı Tarix Əliyev "yıxılan ulduz" trendinə qoşularaq qəfildən yerə yıxılmışdı. Verilişdə qonaq olan tanınmışlar əvvəlcə Tolikin bu hərəkətinə təəccübləniblər, daha sonra zarafat etdiyini görüb geri çəkiliblər. Bu zaman musiqi ifa edən Niyam Salami də Tolikə qoşulub və yerdə oturub. İzləyicilər isə hər iki məşhuru efirə yaraşmayan addım atdıqları üçün qınayıblar.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIEfirlərdə şoularla birlikdə qalmaqallarda səngimək bilmir. Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində qalmaqal yaranmışdı. Hadisə isə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib. Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur" deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHI"Zaurla Günaydın" verilişində belə təəccüblü hallara rast gəlinib. Proqramın qonağı əməkdar artist Əkbər Əlizadə beli ağrıdığını deyib. Aparıcı Zaur Baxşəliyev onu yerə uzadıb və aşıq Telli Borçalıdan ona masaj etməsini istəyib. Telli yerə uzanan Əkbərin quluncunu sındırıb.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHI"Xəzər" televiziyasında yayımlanan "İncə səhər" verilişində adət halını almış "qucaq" şousunu bu siyahıya daxil etmək olar. Proqramda qonaq olan ağırlıqqaldırma üzrə Azərbaycan çempionu Fazilə İmanova musiqiçilərdən birini qucağına götürərək studiyada dövrə vurub. Video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, videoya görə idmançı və teleaparıcı sərt şəkildə tənqid olunublar.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIYaxın zamanda Şou-biznesin məşhur cütlüyü Musa Musayev və Təranə Qumral efirdə etdikləri hərəkətə görə gündəm olmuşdu. Efirdə Təranə əri Musadan küsdüyü və onunla barışmayacağını deyib. Bu anda Musa Təranənin onu əvf etməsi üçün xanımını qucaqlayaraq, üzündən öpüb. Daha sonra qarşısında diz çökərək, əlindən də öpüb. Lakin Təranə "Mən Musanı qucaqlaya bilmərəm" deyərək onu bağışlamadığına işarə edib. Bunu eşidən Musa Təranəni qucağına alıb. Onun bu hərəkəti isə studiyadakı digər qonaqları məəttəl qoyub.

Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHIBu yaxınlarda Əməkdar artist Mətanət İsgəndərli canlı efirdə aparıcının qucağına çıxıb. "Xeyirli axşamlar" verilişinin aparıcısı Anar gözlənilmədən bu hərəkəti edib. O, mədəkiçiltmə əməliyyatı etdirərək xeyli arıqlayan sənətçinin "çəkisizliyini" sübut etməyə çalışıb, müğənnini qucağına alaraq yuxarı qaldırıb. Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq tənqid hədəfinə çevrilib.
Efirlərdə "qucaq şousu, dombalaq aşma, qalmaqallar" - SİYAHISonuncu dəfə "Elgizlə izlə" proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb. Proqram zamanı mübahisə edən sənətçilərin davası Seyidcahanın mikrofonu söndürüldükdən sonra da davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2206   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr