Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri kimlərdən rüşvət alıblar? - Şok faktlar

Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri kimlərdən rüşvət alıblar? - Şok faktlarLəğv edilmiş "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qurumun məsləhətçisi Hikmət Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamdan məlum olur ki, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və bu şöbənin məsləhətçisi Hikmət Vəlizadə bu ittihamla həbs edilib.

İttihama görə, "Avrasiya hospital"ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib.

Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat pul istəyib, son nəticədə 5 min alınıb.

Bundan sonra həmin küçədə "qarşılıqlı yol hərəkəti qadağandır" nişanı quraşdırılıb, avtomobillər üçün hərəkət birtərəfli olub.

"New Med" klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.

İstintaq sənədlərinə görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Kuzə" restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib - 8 min manat istənilib, amma 6 min 500 manat alınıb.
Ətraflı

İttihamda yazılıb ki, Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Lakin o, pul verməyə razılaşmadığına görə BNA-dan "parklanmanın təşkilinə icazə verilmir" məktubu gəlib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar məhkəmənin hazırkı mərhələsində ətraflı ifadə vermək istəməyiblər. Vəkilləri isə deyib ki, təqsirləndirilən şəxslər şahidlərin dindirilməsindən sonra danışmaq istəyirlər. Amma hakim bunu qəbul etməyib. Qeyd edib ki, proses təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edəcək.

Növbəti proses yanvarın 30-da davam edəcək.

Qeyd edək ki, "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Prezident İlham Əliyevin fərmanıyla Nazirlər Kabineti yanında yaradılıb.

Daha bir fərman əsasında Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Prezidentinin 19 aprel 2023-cü ildə imzaladığı növbəti fərmanla isə ümumiyyətlə ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 678   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr