"Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri bir sıra özəlliyi ilə fərqlənir" - DEPUTAT

"Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri bir sıra özəlliyi ilə fərqlənir" - DEPUTAT"Bu gün səbirsizliklə hər kəs fevralın 7-ni gözləyir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezidenti seçkiləri bir daha Azərbaycanın necə demokratik ölkə olduğunu sübut edir:

"Fevralın 7-də keçiriləcək növbədənkənar Prezidenti seçkiləri bir sıra özəlliyi ilə fərqlənir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Bu baxımından düşünürəm ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezidenti seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkilərin ən mühüm özəliyi il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə də təşviqat apara biləcəklər. Artıq yerlərdə ayrılıb. Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında, Füzuli şəhərinin mərkəzi meydanında və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin akt zalında, Ağdərə rayonunun Talış kənd İcma Mərkəzində seçicilərlə görüşə biləcəklər. Məncə xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz".

Deputat vurğulayıb ki, bu gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaq görən siasəti nəticəsində üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə şərəflə dalğalanır:

"Bu baxımdan şübhə yoxdur ki, yenə də xalqımız adını Azərbacan tarixinə qızıl həriflərlə yazdıran və bizi Qarabağımıza qovuşduran cənab İlham Əliyevin yanında olacaq və ona səs verəcək. Çünki cənab İlham Əliyev ölkə başçısı seçildiyi ilk gündən xalqına verdiyi bütün sözləri tutub. Cənab prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət və zamanında atılmış addımlar sayəsində Azərbaycan həm regionda, həm də dünyada öz sözünü deyən ölkədir. Ən önəmlisi isə bu gün Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Məhz cənab prezident İlham Əliyevin dəmir iradəsi sayəsində üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Bundan sonrada qarşıdan böyük hədəflərimiz var. Qarşımıza qoyduğumuz bütün hədəflərə çatmaq üçün xalqımız fevralın 7-si keçiriləcək seçkilərdə aktiv olmalı və seçimini doğru etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1147   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr