Eyvandan yıxılan yeniyetməyə təcili yardımın göstərilməməsinə görə vəzifəli şəxs cəzalandırıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunda eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşları barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb:
"Araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbehi növü olaraq töhmət verilib, həmçinin təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb. Eyni zamanda, həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib".
Qurumdan qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya Şöbəsinə köçürülüb:
"Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub".
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ barədə materiallar Abşeron Rayon Polis Şöbəsində toplanaraq, rayon prokurorluğuna göndərilib.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.
Yanvarın 9-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev yıxılan yeniyetməyə yardıma getməyən təcili tibbi yardım əməkdaşının işdən çıxarıldığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 715 Tarix: 11 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr