Deputatın şirkəti ilə Milli Onkologiya Məkəzi arasında 7 milyonluq sövdələşmə

Deputatın şirkəti ilə Milli Onkologiya Məkəzi arasında 7 milyonluq sövdələşməAzərbaycanda tibbi təchizat sahəsində fəaliyyət göstərən "Azeri Med" Qapalaı Səhmdar Cəmiyyəti (QSC) Milli Onkologiya Məkəzinin iki tenderinin qalibi seçilib.

Reortyor.info xəbər verir ki, tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.

Bu iki tender üzrə MOM-la "Azeri Med" QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Azəri Med" QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Araşdırmalarımız zamanı aydın olub ki, "Azəri Med" QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.

2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və "Azəri Med" QSC-yə çevrilib.

"Azəri Med" QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.
"Azəri Med" QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.

"Azəri Med" QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq indi də qeyri-rəsmi olsa da, MOM-da səalihiyyət sahibi hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr