Fransa məhsullarının Azərbaycana gətirilməsi qadağan oluna bilər? - AÇIQLAMA

Fransa məhsullarının Azərbaycana gətirilməsi qadağan oluna bilər? - AÇIQLAMABildiyimiz kimi, Fransanın Azərbaycana qarşı təxribat xarakterli bəyanatları davam edir. Fransanı beynəlxalq aləmdə güc olduğunu və hansısa maraqlarına, digər məsələlərə dair mübarizə apardığını göstərməyə çalışır. Lakin qarşı tərəf bunu anlamalıdır ki, bu vəziyyət Fransanın siyasi-iqtisadi nüfuzuna zərbə vura bilər. Bu məqamda maraqlı bir sual yaranır. Fransanın qərəzli siyasətinə qarşı məhsullarının gətirilməsinə qadağa qoyula bilər?

Mövzu ilə bağlı iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov Sonxeber.az-a açıqlama verib:

"Fransa Azərbaycana qarşı qərəzli mövqeyini və siyasətini davam etdirir. Qafqaz regionunda gərginliyin yaradılmasında maraq görünür. Azərbaycan bu tip təhdidlərə cavab vermək gücündə olan bir ölkədir. Praktiki olaraq əvvəlki dövrlərdə də belə təhdidlər Azərbaycan tərəfindən dəf edilib. Fransa və Azərbaycan arasında iqtisadi əlaqələrə gəldikdə isə nəzərə alaq ki, ticarət dövriyyəsini özəl şirkətlər formalaşdırır. Özəl şirkətlər Fransadan idxal və ixrac həyata keçirirlər. Bu isə özəl şirkətlərin verəcəyi qərardır. İdxal və ixrac ilə bağlı müstəqil olaraq qərar vermək hüququna malikdirlər. Bu baxımdan daha məqsədəuyğun olan isə Fransanın Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməsi və bütövlükdə normallaşdırma prosesinə start verməsi olardı. Əfsuslar olsun ki, bu müşahidə olunmur. Amma ticari əlaqələr və Fransadan Azərbaycana idxal, Azərbaycan Fransaya isə ixracat özəl şirkətlər tərəfindən verilən qərar olduğuna görə onların qənaəti olmalıdır".

Qeyd edək ki, prezident Makronun apardığı daxili-xarici siyasət bu gün Fransa üçün çox ciddi problemlər yaradır. Eyni zamanda Fransa bu cür məsuliyyətsiz bəyanatlar vermək əvəzinə normallaşma və qarşılıqlı əməkdaşlığa əməl etsə daha yaxşı olardı.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1296   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr