Qarabağda keçiriləcək prezident seçkilərində təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək? - AÇIQLAMA
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri həm də tarixi bir seçki olacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərdə səs verəcək. Burada maraqlı bir sual yaranır. Qarabağda keçiriləcək seçkilərdə təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək?
Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan uzun müddətdir seçkilər keçirir. Prezident seçkiləri, parlament və bələdiyyə seçkiləri zamanı təhlükəsizlik tədbirlərinə çox önəm verilir:
"Hər bir ölkə üçün seçkilər önəmlidir. Vətəndaşların azad və sərbəst şəkildə öz fikirlərini ifadə etmələri vacibdir. Həm seçki qabağı, həm də seçki günü prosesi əhəmiyyət daşıyır. Azərbaycan dövləti buna görə ölkədə ictimai-siyasi sabitliyi qorumaq üçün sistemli, ardıcıl məqsədyönlü işlər aparır. Bu istiqamətdə Azərbaycan hüquq-mühafizə orqanları, təhlükəsizlik orqanlarının böyük təcrübəsi var. İlk dəfədir ki, Azərbaycanda bütün QHT-lər ərazisində seçkilər keçiriləcək. Prezident seçkilərinin rəmzi mənası var və ən əsas seçkilər prezident seçkiləridir. İşğaldan azad olunmuş ərazilərdə prezident seçkiləri təhlükəsizliyi əvvəlki qayda ilə həyata keçiriləcək. Təhlükəsizlik tam təmin ediləcək. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi əhəmiyyətlidir. Çünki keçmiş məcburi köçkünlərin bir hissəsi qayıdıb. Bütün məsələlər ölçülüb biçilir. Azərbaycan dövlətinin keçdiyi bir yol var. Bu onu deməyə əsas verir ki, ölkə ərazisində və Qarabağda keçiriləcək seçkilər uğurla başa çatacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi