Yanlış evə basqın polis körpənin həyatını riskə atdı!
ABŞ-nin Ohayo ştatında polis yanlış evə basqın edərək ürək xəstəliyindən əziyyət çəkən 17 aylıq körpənin həyatını təhlükəyə atıb.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Ohayo ştatında polis ötən çərşənbə günü silahla bağlı cinayətə görə axtarışda olan gəncin evinə basqın etmək istəyib. Adı açıqlanmayan gənc evdən köçüb və ev Reida Cenninqsə satılıb.
Ürəyində problem olan və süni nəfəs aparatında olan körpənin gələn ay Ohayo ştatında əməliyyat olunması nəzərdə tutulub.
Lakin polis yanlış evə basqın edərək körpənin həyatını riskə atıb. Polis basqın zamanı pəncərədən 2 səs bombası atıb.
Vəziyyət başa düşüləndən sonra uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb və bir neçə saatdan sonra evə buraxılıb. Körpənin qanında oksigenin səviyyəsi aşağı düşüb və ertəsi gün yenidən xəstəxanaya yerləşdirilərək reanimasiyaya aparılıb.
Körpənin gələn aya planlaşdırılan ürək əməliyyatı da hazırkı vəziyyəti ilə əlaqədar təxirə salınıb.
Polis isə istifadə edilən silahların yanıqlara səbəb olmadığını və tərkibində bibər qazı yaxud kimyəvi maddələrin olmadığını iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 732 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr