TikTok-da insanları "ovlayan" FALÇILAR: 12 il həbs oluna bilər
Son zamanlar sosial şəbəkələrdə, xüsusi ilə TikTok-da özlərini falçı, baxıcı kimi təqdim edən şəxslərin sayı artıb. "Tanrı vergisi", "dil-ağız bağlamaq", "cadu təmizlənməsi", "bəxt açma" kimi xidmətlər göstərdiyini deyən şəxslərə inananlar da az deyil. Hətta bu yolla onlar xeyli miqdarda pul da qazanırlar. Sosial şəbəkələrdə insanların inamından istifadə edərək, onların pullarını mənimsəyən şəxslər qanun qarşısında məsuliyyət daşımır?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib.
Hüquqşünas özlərini baxıcı, falçı kimi təqdim edərək sosial şəbəkələ insanlardan pul yığan şəxslər də dələduzluq sayıldığını bildirib:
"Hansısa formada insanları aldadıb onlardan pul toplamaq xırda dələduzluq sayılır. Özlərini "Görücü", "falçı" kimi təqdim edərək sosial şəbəkələ insanlardan pul yığan şəxslər də dələduzluq sayıla bilər. Dələduzluq böyük məbləğdədirsə, onun məsuliyyətidə bir o qədər yüksəkdir. İnsanların etimadından istifadə edərək, onların pullarının mənimsəyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin 1,2,3 bəndlərinə əsasən,12 il müddətində azadlıqdan məhrum edilə bilər. Amma bu hal könüllü şəkildə baş verirsə, bu zaman hüquqi məsuliyyət olmur. Çünki, insanlar öz vəsaitini istədikləri kimi xərcləyə bilərlər.
Əgər həqiqətən insanların etimadından sui-istifadə olunaraq, dələduzluq məqsədi ilə istifadə edilirsə və insanlar zərər çəkirsə bu məsələyə baxıla bilər".
Hüquqşünas son olaraq sosial şəbəkə istifadəçilərinin dələduzlarla münasibətdə diqqətli olmasını tövsiyə edib. Bu qədər bəsit şeylərə aldanmamalı olduqlarını bildirdi.
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr