Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)

Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)"Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da..."

Pravda.az xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

"Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı. O zaman Londondakı Regent's Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.

Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir.

Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.

TİLLCROFT VENTURES L.P. beynəlxalq ticarət və maliyyə şirkətinin (qeydiyyat nömrəsi: SL007408) bu ilin mayında reyestrə daxil edilmiş sənədlərində də Kamal Hacıyevin adı keçir.

Offşor şifkətlər üzərindən Britaniya Krallığında, Edinburqda 2009-cu ilin noyabrın 24-də təsis edilən WESTABBEY CONSULTANTS L.P. (qeydiyyat nömrəsi: SL007506) şirkəti də ticarət və investisiya sahəsində fəaliyyət göstərir.

Həmin il London yaxınlığındakı kiçik Elstree şəhərində daha bir şirkət UNICOAL LLP (qeydiyyat nömrəsi: OC343245) təsis edilib. Sənədlərdə şirkətin hüquqi ünvanı Nicholas Close küçəsi 1 kimi qeyd olunub. Lakin 4 il sonra, yəni 2015-ci il noyabrın 15-də şirkət ləğv edilib. 2012-ci ilin fevralında təqdim edilmiş maliyyə hesabatına görə şirkətin dövriyyəsi 4 milyon 352 min 771 dollar təşkil edib.

Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun araşdırmasına görə Kamal Hacıyev Maltada daha bir şirkətin təsisçilərindən biridir və direktor vəzifəsini icra edir. LENSTOR ENTERPRISES LTD Maltada 2008-ci il oktyabrın 14-dən SAN GWANN, CAPITAL BUSINESS CENTRE-də (qeydiyyat nömrəsi: C45347) fəaliyyət göstərir. Bu adda daha bir şirkət Türkmənistanda deputatın qudası, işadamı Bəylər Məmmədovun direktorluğu ilə fəaliyyət göstərir. İşadamı ötən ilin noyabrında Londonda da ticarət şirkəti açmışdı. Kamal Hacıyevin həyat yoldaşının da şərik olduğu OC424907 LLP (ilk adı LENSTOR TRADING LLP) bu ilin avqustun 13-də qapadılıb. Cənab Məmmədov Belizedə qeydiyyatdan keçmiş şirkətlər üzərindən Londonda LENSTOR TRADING LLP adı ilə daha bir şirkəti ötən il dekabrın 10-da qeydiyyatdan keçirib. Bu şirkətin təsis olunmasında Bəylər Məmmədovun Dubaydakı MBF GROUP DWC-LLC şirkəti də iştirak edib.

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin köməkçisi Anar Cabbarov bildirib ki, Sabir Haciyevin ailə üzvləri heç bir dövlət təşkilatında çalışmır: "Sabir müəllimin nə Azərbaycanda, nə də ki xarici dövlətlərdə heç bir şirkəti yoxdur. Sabir müəllim ümumiyyətlə bizneslə məşğul olmur""- C.Həsənli qeyd edib.
Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)Bu deputatın oğlunun adına şirkətlər üzə çıxdı (SƏNƏD)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1853   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr