"Hazırda ən çox şikayət "Ovçular" kolbasasındandır" – Birlik sədri
"Ölkədə standartlara uyğun, əla növ kolbasa və sosiaslər istehsal edən çox az sayda şirkət, müəssisə var. Yüzlərlə kolbasa növü satışa çıxarılsa da, onlardan cəmi 2-3 şirkətə adi olanlar məsləhət görülür. Hazırda ən çox şikayət "Ovçular" firmasına aid məhsullarla bağlıdır".
Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O qeyd edib ki, "Ovçular"la bağlı gün ərzində birliyə tez-tez telefon zəngləri daxil olur:
"Bu müəssisədə vəziyyətin necə olmasından məlumatımız yoxdur. Şikayətlər də müəssisənin normal işləməməsi qənaətini gücləndirir. "Ovçular" kimi bir çox müəssisə var ki, məhsullarının üzərində etiket olmur və ya etiketə yanlış məlumatlar yerləşdirirlər. Bu məhsulları almaq məsləhət görülmür.
Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi də bu gün ancaq belə məhsulların üzərindəki etiketlə tərkibin uyğunluğunu yoxlayır. Keyfiyyət məsələsi demək olar ki, tamamilə kənarda qalıb. Təəssüf ki, keyfiyyətsiz məhsul da təhlükəlidir".
E.Hüseynov bildirib ki, həmçinin xaricdən gətirilmiş kolbasa və sosislər də məsləhət görülmür: "Xüsusilə Rusiya və Belarusiyadan gətirilən belə məhsulların hansı müəssisələrdə hazırlanması haqda bilmirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 986 Tarix: 18 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr