Əməkdar jurnalist yenə xəstəxanaya yerləşdirildi
Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) bu dəfə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov sosial şəbəkələrdə paylaşım edib.
Qeyd edək ki, Rəhman Orxan uzun illər "Vışka" qəzetinin xüsusi müxbiri işləyib. "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olub.
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
2001-2013-cü illərdə "Azərikimya" İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 952 Tarix: 18 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr