"Oğlumun toyunu da Füzulidə edəcəyəm" - Fotolar
Xəbər verdiyimiz kimi, işğaldan azad olunandan sonra Füzuli rayonunda ilk nişan mərasimi baş tutub.
Sonxeber.az Azvision.az-a istinadən xəbər verir ki, xeyir iş Afiq İbişovun ailəsində olub.
Onun qızı Nargilə İbişova qohumu Sadiq Cəfərovla nişanlanıb. Bu haqda danışan ata bildirib ki, qızının Bakıda baş tutmalı olan nişanını şəxsi təşəbbüsləri ilə Füzulidə keçiriblər:
"Mənim bir qızım, bir oğlum var. Nargilə 20 yaşındadır, yenicə kolleci bitirib. Füzuli işğal olunanda övladlarımın heç biri doğulmamışdı. İndi onlar mənimlə birlikdə burada yaşayırlar. Əslində nişan Bakıda olmalı idi. Ancaq düşündük ki, evimizin ilk xeyir işi doğma yurdumuzda olsun. Bu, arzumuz idi.
Hazırda Füzulidə yeni tikilmiş binalardan birində yaşayırıq. Hələlik burada toy, nişan etmək üçün restoran yoxdur. Ona görə də qərara aldıq ki, xudmani şəkildə evdə məclis quraq. Bu, işğaldan azad olunan Füzulidə ilk nişan mərasimi idi. Təzə mənzilimizdə gözəl, çalğılı məclis oldu. Elə bil hamı sevincin, xoş günün acı idi, ruh yüksəkliyi yaratdı.
Sadiq bacanağımın nəvəsidir. Onun ailəsi Bakıda yaşayır, onlar hələ Füzuliyə köçməyiblər. Köçsələr, qızım toydan sonra da burada yaşayacaq".
"Oğlumun toyunu da Füzulidə edəcəyəm. Bu torpaqlarda toy çalınması ən böyük arzumdur. İnşallah oğlumun toyuna qədər burada restoran da tikilər", - sevincli ata əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1278 Tarix: 18 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr