Reza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTO

Reza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTO"20 Yanvardan sonra qırmızı qərənfil çiçəyi qanlı gecəni təmsil etdi. Hər il bu çiçəklərlə müstəqillik uğrunda canlarından keçənlərin xatirəsi yad edilir".

Bunu Oxu.Az-a müsahibəsi zamanı azərbaycanəsilli tanınmış fotojurnalist Reza Deqati bildirib.

- Siz yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan sonra şəhərə gəlmisiniz. Necə oldu ki, belə qərar verdiniz?

- 20 Yanvar hadisəsi baş verən zaman mən Fransanın Paris şəhərində idim. Yanvarın 21-də Fransada yaşayan azərbaycanlı ziyalı, diplomat Ramiz Abutalıbov (həmin vaxt R.Abutalıbov UNESCO-da çalışıb – red.) mənə: "Xarici jurnalistləri Bakıdakı qırğını çəkməyə buraxmırlar. Sən gedə bilərsən?" - dedi. Azərbaycanda əhalinin çətin vəziyyətini, əhalinin əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı bir vaxtda 20 Yanvar qətliamını çəkməyə bilməzdim.

Amma Parisdən birbaşa Bakıya səyahət mümkünsüz idi. Nəhayət, Moskva kinostudiyalarını ziyarət etmək adı altında sovet vizası alaraq Moskvaya getdim. Oradan da keşməkeşli yollarla Bakıya üz tutdum...

- Bəs Moskvadan Bakıya necə gəldiniz?

- Moskvaya çatandan sonra azərbaycanlı nümayəndələrin dəstəyi ilə qatara minib gizləndik. Bizi tutsaydılar, çətin olardı. Çalışırdıq ki, qatarda kiminləsə ünsiyyət qurmayaq. Gizli və qorxu içində 48 saatlıq yol gəldik. Qatarda ilk işimiz qısa da olsa, rus dilində danışmaq idi. Bir-iki söz əzbərlədim. Eləcə, rus dilində "azərbaycanlıyam" deyirdim.

Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-sual etmirdilər. Ancaq kimsə bizim sənədləri yoxlasaydı, bu, artıq son demək idi. Bu, çətin və uzun səyahətdən sonra Bakıya çatdım.

- Bakıdakı faciəni necə xatırlayırsınız? Şəhərdəki durum necə idi?

- Yanvarın 24-də Bakıya çatdıq. 48 saatlıq gizli yoldan sonra qatar Bakı stansiyasına daxil olmuşdu. Şəhərdə elan olunan komendant saatından otuz dəqiqə əvvəl biz platformada sıraya düzülmüş silahlı sovet əsgərlərini gördük.

Paytaxtdakı mənzərə mənə İkinci Dünya müharibəsi filmindən bir səhnəni xatırlatdı... Sovet əsgərlərinin dinc əhalini güllələmələri, tankların maşınların və mülki vətəndaşların üstündən keçməsi və törətdikləri qətllər barədə məlumat öyrəndim.

- Çəkdiyiniz şəkillər o qədər ağırdır ki... Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tankları və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərindən və morqdan fotoları necə çəkə bildiniz?

- Bəli, mənim üçün təhlükəli vaxt idi. Amma küçələrdə yığılan tankları, əsgərləri, dinc əhalinin meyitlərini gördükdən sonra fotoaparatla morqa girmək qərarına gəldim. Orada "yaxınımı axtarıram" bəhanəsi ilə şəhidlərin şəkillərini çəkdim. Xəstəxanalarda vəziyyət çox pis idi. Əməliyyat otağında soba vardı, üzərinə su qoymuşdular ki, qızsın, yaralılara kömək etsinlər.

Bunları çəkdikdən sonra binaların pəncərələrindən gördüyüm mənzərələri lentə aldım.

Daha sonra Şəhidlər xiyabanındakı dəfn mərasimini kameramın yaddaşına köçürdüm. Orada qəbirlərin üzəri qırmızı qərənfillərlə örtülmüşdü. Şübhələri üzərimə çəkməmək üçün hər kəs kimi qara geyindim, insanların da köməyi ilə fotoaparatımı gizlətdim. Orada minlərlə adam vardı və hələ də qışqırıqları qulaqlarımda cingildəyir. Bir də orada hər şeyin qırmızı və qara olduğunu xatırlayıram. Elə kadrlarım da "qırmızı və qara"dan ibarət idi...

- Səhv etmirəmsə, oradakı izdihamı dağıtmaq üçün sovet ordusu helikopterdən istifadə edib...

- Bəli. Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdi. Həmin vaxt artıq şəkilləri çəkmişdim.

- Gülləyə tuş gəlməkdən qorxdunuzmu?

- Həmin vaxt, sadəcə, dünyaya bu cür faciəni göstərmək haqqında düşünürsən. Dediyim kimi, gizli çəkirdim, məqsədim şəkilləri dünyaya çatdırmaq idi.

- Bəs Bakıdan necə getdiniz? Çəkdiklərinizi harada sərgiləmisiniz?

- Təhlükəsizlik tədbirləri səbəbindən fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıtdım. Daha sonra dostlarımın köməyilə onları əldə etdim və oradan da Parisə getdim. Oraya çatdığım günün axşamı 18-dən çox televiziya kanalı çəkdiyim fotoşəkilləri göstərdi və Bakıdakı hadisələr barədə danışdı.

Onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bütün çətinliklərə baxmayaraq, dünya Bakıda mülki vətəndaşlara, uşaqlara qarşı olan bu vəhşilikdən xəbər tutdu.
Reza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTOReza Deqati: "Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim" - MÜSAHİBƏ + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1109   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021