Seçkisonrası Azərbaycan: Hansı qurumlar ləğv oluna bilər? - FHN, səhiyyə və təhsillə bağlı iddialar...

Seçkisonrası Azərbaycan: Hansı qurumlar ləğv oluna bilər? - FHN, səhiyyə və təhsillə bağlı iddialar...Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə məlumatların ardı-arası kəsilmir.

Qaynarinfo xəbər verir ki, məlumatlarda əhəmiyyətli dəyişikliklərdən bəhs edilir.

İddialara görə, bu dəfəki dəyişikliklər digərlərindən fərqlənəcək. Yəni, istər hakimiyyət komandasında, istərsə də, idarəetmədə kosmetik əlgəzidmədən söhbət getmir.

2018-ci ildə də keçirilən növbədənkənar prezident seçkilərindən sonra da oxşar prosesə start verilmişdi. Bir neçə il ərzində köhnə komanda yenilənmiş, bəzi qurumlar ləğv edilmiş, biri-birini təkrarlayan strukturlar birləşdirilmişdi. Lakin dəyişiklər ictimai rəydə müsbət qarşılansa da, bəzi məmurların etimadı doğrultmaması, yeni konfiqurasiyaya uyğunlaşa bilməməsi islahat mövzusunu yenidən gündəmə gətirib.

"Ümumiyyətlə, referendum hər bir məsələ üçün keçirilə bilər. Amma məcburi olmayan hallar da var. Konkret olaraq yerli icra hakimiyyətlərinin ləğvi üçün referenduma ehtiyac yoxdur. Çünki bu konstirusion təsisat deyil. Yəni, konstitusiya ilə təsbit olunmayıb", deyə Pənah Hüseyn vurğulayıb.

Bu halda yerli icra hakimiyyətlərinin ləğvi məsələsi real görünür. Bu addım Azərbaycanın inzibati ərazi bölgüsü sistemində dəyişikləri şərtləndirə bilər. Ən pis halda xırda rayonların bir mərkəzdə birləşdirilməsi mümkündür.

Bundan başqa, Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklərin həyata keçiriləcəyi ehtimal olunur. Bəzi nazirlərin istefaya göndəriləcəyi, bəzi qurumların isə ləğv olunacağı barədə mülahizələr səsləndirilir. Xüsusilə, iri qurumlarda "budama əməliyyatı"nın aparılacağı önə çəkilir.

Bu sırada ilk növbədə Fövqəladə Hallar Nazirliyinin (FHN) adı çəkilir. Bu nazirlik Azərbaycanda ən iri qurumdur. Nazirliyin təkcə regional idarələrinin sayı doqquzdur. Bundan başqa, FHN-nin təkibində 18 qurum və 15 idarə fəaliyyət göstərir.

İddialara görə, ilk növbədə nazirlikdəki strukturlar ixtisara məruz qalacaq. Daha sonra qurumun özü müvafiq nazirliklərindən birinə birləşdirilə bilər. Hətta mümkündür FHN parçalanaraq səlahiyyətləri ayrı-ayrı qurumlara verilsin. FHN-nin birləşdiriləcəyi qurumlar arasında əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daxili İşlər Nazirliyinin adı çəkilir.

Oxşar proses səhiyyə və təhsil sahəsində də həyata keçirilə bilər. Məlumdur ki, hər iki sferada bir neçə qurum faəliyyət göstərir. Müşahidələr göstərir ki, bu qurumlar fəaliyyətləri ilə bir çox hallarda bir-birini təkrarlayır.

Hələ növbədənkənar seçkilər təyin olunmamışdan aylar əvvəl yenidən islahatlara ehtiyac yarandığı barədə fikirlər səsləndirilirdi. Məlumatlarda iddia olunur ki, hökumət də baş verənlərin fərqindədir və islahat təkliflərini gözardı etmək niyyətində deyil.

Bəs bizi hansı dəyişikliklər gözləyir?

İddialara görə, ilk növbədə yerli icra hakimiyyətlərinin ləğvi məsələsi gündəmə bilər. Bu mövzu ətrafında müzakirələrdə bəzi hallarda yanlış yanaşma ortaya qoyulur. Bildirilir ki, yerli icra hakimiyyətlərinin ləğvi üçün referendum keçirilməlidir. Prezident seçkilərindən sonra referendumun keçirilməsi o qədər də asan proses olmadığı üçün hakimiyyətin bu addımı atacağını real hesab edilmir.

Halbuki yerli icra hakimiyyətləri konstitusiya təsbit olunmuş təsisat deyil. Bu isə o deməkdir ki, həmin qurumların ləğvi üçün referenduma ehtiyac yoxdur.

Keçmiş deputat və Azərbaycanın sabiq baş naziiri Pənah Hüseyn də bu mövzuda Qaynarinfo-ya danışarkən yerli icra hakimiyyətlərin ləğvi üçün referendum keçirilməsinə ehtiyac olmadığını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3957   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021