Nazirlik: Cinayət törətmiş 14 nəfər ötən il ölkəmizə ekstradisiya olunub
Ölkəmizdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, şəxsi mülkiyyətin qorunması üzrə önəmli tədbirlər görülür. Təkcə 2023-cü il ərzində 14 nəfər Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Ədliyyə Nazirliyi tərəfindən müxtəlif ölkələrlə ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) sahəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir, eyni zamanda müvafiq müqavilə olmadığı təqdirdə qarşılıqlıq prinsipinə əsasən tədbirlər görülür.
Həmçinin paytaxtda və bölgələrdə beynəlxalq standartlara uyğun yeni penitensiar komplekslər inşa olunur. Ən yenisi isə yanvarın 16-da Lənkəranda istifadəyə verilib və dövlət başçısı penitensiar kompleksdə yaradılmış müasir şəraitlə tanış olub. Məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, onların saxlanma şəraitinin müasirləşdirilməsinə xidmət edən bu tədbirlərin nəticəsidir ki, ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edilir və bununla cəzanın labüdlüyü prinsipi təmin edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 454 Tarix: 21 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell və Peerstack Academy "The Tech Builders" layihəsinə start verib
İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib. Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporati
19 fevralKimlər oruc tutmamalıdır? - SİYAHI
Uzun müddətli oruc bəzi insanların bədənində müxtəlif fəsadlara səbəb ola bilər. Ölkə.Az xəbər verir ki, oruc əsasən bədən üçün istirahət dövrü olsa da, xüsusilə xroniki xəstəlikləri olanlar üçün risk yarada bilər. Lakin yüngül xroniki xəstəlikləri olanlar müəyyən vəziyyətlərə diqqət yetirmək şərti il
19 fevralYaz fəslinin Azərbaycana daxil olacağı vaxt AÇIQLANDI
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb:. "Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edi
20 fevralMüğənni Dəniz Əsədovaya ittiham elan edildi
Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittiham elan edilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-c
19 fevralBakıda bu ərazidə İŞIQ OLMAYACAQ
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-da
20 fevralAbşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı - Video
Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, "sabah gələrsiz" süründürməçiliyindən narazıdır. -a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkü
19 fevral