Paytaxt Bakı şəhərindən Xankəndiyə köçürülə bilər? - AÇIQLAMA

Paytaxt Bakı şəhərindən Xankəndiyə köçürülə bilər? - AÇIQLAMALokal antiterror əməliyyatları nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi və bu gün Azərbaycan bayrağı bütün Qarabağ bölgəsində dalğalanır. İşğaıdan azadl olunan ərazilərdə bərpa və infrastruktur işləri davam edərkən, paytaxt Bakının infrastrukturu və artan əhali sayı günü gündən artır. Bu baxımdan gündəmə gələn mövzulardan biri də paytaxt Bakının köçürülməsi məsələsidir. Bəs paytaxt Bakı şəhərindən işğaldan azad olunmuş ərazilərə, xüsusilə Xankəndiyə köçürülə bilər?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a bildirib ki, Azərbaycan paytaxtının dəyişdirilməsi məsələsi son günlər ən aktual mövzularından biridir. Ümumiyyətlə vaxtaşırı gündəmə gələn mövzudur. Bunun təbii ki, birdən çox səbəbi var:

"Ən önəmli məsələ isə paytaxt Bakının gündən günə artan əhali sayı (rəsmi və qeyri-rəsmi), şəhərin mövcud potensialının artıq insanların axınına tab gətirə bilməməsidir. Kifayət qədər tıxac problemi, infrastruktur problemləri yaranır. Bütün bunlar paytaxtın dəyişilməsi məsələsini hər zaman aktual edib. Amma bununla belə, 43 günlük İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirləri sonrasında artıq Qarabağın və stratejik mərkəzdə yerləşən Xankəndi şəhərlərin işğaldan azad edilməsi paytaxtın ölkənin iç ərazilərindən birinə köçürülməsi məsələsini aktuallaşdırır. Bu istiqamətdə təkcə Xankəndinin deyil, Ağdamın, Füzulinin, Şuşanın və hətta Yevlaxın belə müəyyən vaxtlarda adı çəkilib".

Politolq qeyd edib ki, Xankəndi kifayət qədər infrastruktura sahib və potensialı olan, paytaxt statusu ala biləcək olan namizəd şəhərlərdəndir:

"Ümumi mənada hesab etmirəm ki, paytaxtın bu gün dəyişdirilməsi doğru bir addım olar. Bəli dediyim kimi paytaxt Bakı hazırda hər il regionlardan gələn və xaricdən gələn insanları daşıya bilmir. Bununla belə , bu paytaxtı dəyişməyə əsas vermir. Əvvəla bu baxımdan ki, Bakı şəhəri Azərbaycanın son 200 illik tarixində hər zaman paytaxt olub. Əsas siyasi, elmi-mədəni mərkəz Bakı olub. Bu gün bu statusu almaq o qədər asan olmayacaq. İkinci tərəfdən Bakı dünyada tanınan bir şəhərdir. Paytaxtın daha iç şəhərləri tanınması ölkənin dünyadakı nüfuzu baxımından müəyyən bir problem yarada bilər. Bakının tanıdılması istiqamətində illərdir işlər aparılır. Şəhərdə keçirilən beynəlxalq tədbirlər və idman yarışları fonunda paytaxt Bakının tanıdılması istiqamətində kifayət qədər vəsait sərf edilib".

Turan Rzayev söyləyib ki, bu gün paytaxtın dəyişdirilməsi bu vəsaitin havayı olmasına gətirib çıxaracaq:

"Bakı üçün edilənləri biz bir növ üzərimizdən kənara qoymuş olacağıq. Ümumiyyətlə paytaxtların dəyişdirilməsi məsələsi dünya təcrübəsində var. Məsələn Misir paytaxtını Qahirədən yeni bir əraziyə, şəhər tikir və oraya köçürür. Yaxud İndoneziya hazırkı paytaxtı sular altında qalmaq təhlükəsindədir deyə dəyişmək barədə düşünür. Yəni bu tipli təcrübələr hər zaman olub. Hər zaman Azərbaycanın paytaxtını dəyişmək mövzusunu Türkiyə örnək götürülüb. Nəzərə almaq lazımdır ki, paytaxtların dəyişdirilməsi bir neçə səbəbdən ola bilir. Təbii fəlakətlər ilə üzləşəcəyi təqdirdə, işğal altında olarsa yaxud stratejik baxımından hücumlara məruz qalan ərazidirsə dəyişdirilməsinə ehtiyac var. Ukraynanın paytaxtı Kiyevdir. Amma onun dəyişdirilməsi istiqamətində müəyyən təkliflər irəli sürülüb. Bunun səbəb isə müharibənin ilk illərində bu əraziyə hücumların davamlı olması idi".

Politoloqun sözlərinə görə, Bakı şəhəri kifayət qədər stratejik nöqtədə yerləşir. Həm iqlim, həm də tarixi-siyasi baxımından münbit ərazidədir:

"Paytaxt Bakının dəyişdirilməsinə ehtiyac yoxdur. Paytaxtın mövcud problemlərinin həll edilməsi üçün sadəcə sosial və iqtisadi sahədə müəyyən işlər görülməlidir. Bununla da paytaxtın yükünü almaq olar. Xankəndinin paytaxt olmasına gəldikdə isə, paytaxt olması üçün potensialı var. Şəhərin hələ Azərbaycanın tarixində izi qalacaqdır. Bu gün paytaxtın Xankəndiyə köçürülməsi kifayət qədər vəsait tələb edir. Bundan əlavə qurumların köçürülməsi və orada fəaliyyətinin başlaması məsələsi var. Bu gün Xankəndidə insanlar düzgün yaşamırlar. Orada qalan bəzi erməniləri çıxmaq şərtilə hələ əraziyə köç prosesi baş verməyib. Yaxın 20-25 il ərzində Xankəndi şəhərində əhalinin sayı artarsa, buraya azərbaycanlılar qayıdarsa, müvafiq infrastrukturlar görülərsə təbii ki, paytaxt gələcəkdə buraya köçürülə bilər. Ancaq zəruri yaranacaq tədbirdə bu baş verə bilər. Amma paytaxtın keçirilməsini real hesab etmirəm və şəxsi görüşüm bu yöndədir ki, paytaxtın Bakı olaraq qalması indiki məqamda daha doğru və stratejik addım olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3753   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr