Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər? - ARAŞDIRMA

Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər? - ARAŞDIRMABildiyimiz kimi, keçmiş məcburi köçkünlərimiz kommunal xərclərdən azad idilər. Bir zamanlar məcburi köçkünlərə kommunal xidmət ilə bağlı edilən güzəştlər hərbçilərə tətbiq edilməsi təklif olunur. Bununla bağlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə və hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib.

Deputat Cavanşir Paşazadə bildirib ki, 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi:

Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər? - ARAŞDIRMA"Hərbiçilərimiz mərdliyi ilə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı əsil qəhrəmanlıq dastanı yazdılar. Bu gün bütün dünya Azərbaycan əsgərinin igidliyindən və qəhrəmanlığından danışır. 44 günlük Vətən Müharibəsində Azərbaycanın mərd oğulları qanları və canları ilə tarix yazdılar. Xüsusilə də Şuşa döyüşlərində. Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğısını əsirgəmiyib, bu gün də əsirgəmir. Bu gün dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir və güclənir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər və 2023-cü ilin antiterror tədbirləri, hər il keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin bariz sübutudur. Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Cənab prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu islahatların nəticəsidir xalqımız doğma torpaqlarına qovuşdu. Bugünkü möhtəşəm zəfərimizi Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Müzəffər Ordusuna borcluyuq.

Qaldı ki, Qarabağ bölgəsində çalışan hərbiçilərə kommunal xərclərlə bağlı güzəştlərin edilməsinə.Hazırda bu məsələ müzakirə olunmur. Amma tək Qarabağ bölgəsində deyil, bütün hərbiçilərə kommunal xərclərlə bağlı müəyyən güzəştlərin edilməsi məsələsinə baxıla bilər".

Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, hərbçilərə güzəştlər edilməsi hər zaman dövlətin ən əsas siyasətlərindən biridir. Hərbi sahələrə xüsusi diqqət və qayğı göstərilməsi, onların sağlamlıq məsələsi və mənzil şəraiti, asudə vaxtının təşkili, övladlarının təhsil alması məsələsi hər zaman dövlətin diqqət mərkəzindədir:

Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər? - ARAŞDIRMA"Keçən il cənab prezident ard-arda sərəncamlar verdi. Hərbi ali məktəblərə qəbul olanlar, oxuyanların ailələrinin bəlli miqdarda pul vəsaiti ilə təmin edilməsi də hərbi peşəyə marağı artıracaq. Dövlətimiz hərbçilərə, müharibə veteranlarına, şəhid ailələrinə, müharibə əlillərinə bir sıra güzəştlər nəzərdə tutub. Bu güzəştlərdə ildən ilə artırılır. Bu istiqamətdə sistemli ardıcıl işlər həyata keçirilir. Bu məsələlərdə gündəmdən keçirilir. Ancaq kommunal xərclər ilə bağlı siyasət başqadır. Burada dövlət hərbçilərin əməkhaqqını artırır. Eyni zamanda əməkhaqqını ona görə artırır ki, ailə büdcəsini yaxşı dolandıra bilsin. Kommunal xərclər ilə bağlı müəyyən güzəştlər var idi. Bu güzəştlər şəhid ailələrinə, veteranlara və müharibə əlillərinə tətbiq edilirdi. Sonra o prezident təqaüdü ilə əvəzləndi ki, həmin pulla kommunal xərclər ödənilsin".

Ekspertin sözlərinə görə, bu gün müxtəlif fikir var ki, bir veteranın tək özünə verilən pul kommunal xərclərə ödənilir. İşıq, qaz, internet xərcləri, hətta nəqliyyat vasitələrinin pulu da hesablanırdı:

"Nəqliyyat vasitələri ilə bağlı müəyyən güzəştlər var idi. Sonradan nəzərə alındı ki, burada pul kompensasiyası olsun. Kompensasiyanın artırılmasına hər zaman dövlət hər zaman üstünlük verir. Belə də davam etmək lazımdır. Kommunal xərclərdən azad edilməkdənsə ona verilən pul vəsaitinin artırılması diqqətdə tutula bilər. Bir bölgədə xidmət edən hərbçini kommunal xərclərdən azad edib, digər bölgədə xidmət edən hərbçinin bu xərclərdən azad edilməməsi doğru deyil. Zamanla döyüş bölgəsində xidmət edən hərbçilərə əməkhaqqısı iki qat idi. Dağ və yüksək relyefli ərazilərdə xidmət edənlərə bəlli bir faiz üzərinə gəlir. Bunlar zəruridir və artırılması da lazımdır. Ancaq kommunal xərclər ilə bağlı məsələ fərqli yanaşmadır. Hesab edirəm ki, bu tip məsələlərdə hərbçilərə verilən vəsaitin artırılma məsələlərinə daha çox diqqət edilsə daha yaxşı olar. Bu istiqamətdə də zaman-zaman addımlar atılır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2648   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr