Bakının bu məktəbində tükürpədici hadisə – Polis araşdırıb, direktor isə…

Bakının bu məktəbində tükürpədici hadisə – Polis araşdırıb, direktor isə…Tribunainfo.az saytına müraciət edən Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.
Şikayətçinin sözlərinə görə, "Yanvar ayının 9-da övladım S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqətimizi çəkdi. Tualetə saatlarla getmək istəmir, aqressivdi, özünü ora bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum.
Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları tanıdı ( o kadrlar bizdə var).
Uşaq göstərdi ki, "bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi". Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, "bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən bloqerəm, izləyicim çoxdur".

Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş.
Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, "biz bu hərəkəti etmişik". Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz".
"Bu hadisəni məktəbin direktoru Gülşən xanıma çatdırıblar. Gülşən xanım da sabahı yenə hamını danışdırdı və məktəb Səbail rayon 9- cu polis bölməsinin əməkdaşlarına məlumat verdi. Emin adlı polis inspektoru ilk öncə mənim uşağımı danışdırdı, daha sonra həmin o 4 nəfər, 7- ci sinif şagirdlərini danışdırdı. Və orada aydınlaşdı ki, bu hadisə dəfələrlə təkrarlanıb. Daha sonra məni Polis orqanlarının yüksək rütbəliləri qəbul etdi və bu hadisəni olduğu kimi danışdıq. Uşağın hazırki durumunu da orada izah etdim.
Biz daha sonra uşağın durumunu müəyyənləşdirmək üçün övladımı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə aprdıq. Orada da həkimlər uşağın vəziyyətinin bərbad olduğunu dedilər və bununla bağlı arayış verdilər".
Daha sonra saytımıza danışan valideyn bildirib ki, mən 7 ildən sonra 1 uşaq dünyaya gətirdim: "Ailəlikcə hamımız bu uşağın üstündə əsirdik ki, uşağı sağ – salamat böyüdək. İndi düşdüyümüz vəziyyətə baxın. Uşaq qəti şəkildə məktəbə getmək istəmir. Sağlamlıqla bağlı isə danışmağa dəyməz.
Daha sonra valideyn onu da qeyd etdi ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlara və ölkə rəhbərliyinə müraciət edib ki, həmin o 4 şagird o məktəbdən uzaqlaşdırılsın. Düzdü, məktəbin direktoru Gülşən xanım hadisəni biləndən sonra bizə söz vermişdi ki, həmin uşaqları məktəbdən uzaqlaşdıracaq, amma nədənsə bu günə qədər heç bir tədbir görülmür".
Qeyd edək ki, ötən il də bu məktəbdə şagirdin bıçaqlanma hadisəsi və buna bənzər bəzi hadisələr baş vermişdi.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bakının bu məktəbində tükürpədici hadisə – Polis araşdırıb, direktor isə…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1703   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr