Uşaqlara zorakılıq tətbiq edən məşqçilərin qarşısı necə alınmalıdır? - PSİXOLOQ+HÜQUQŞÜNAS RƏYİ

Uşaqlara zorakılıq tətbiq edən məşqçilərin qarşısı necə alınmalıdır? - PSİXOLOQ+HÜQUQŞÜNAS RƏYİXəbər verdiyimiz kimi, Azərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub. Elvin Səfərov adlı idmançı "Instagram" hesabında məşq prosesindən bir hissə paylaşıb. Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur. Bəs uşaqlara zorakılıq tətbiq edən məşqçilərin psixoloji vəziyyətinin yoxlanılması və onlara nəzarətin tətbiq edilməsi istiqamətində hansı tədbirlər həyata keçirilməlidir.

Məsələ ilə bağlı psixoloq Edison Quliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bu tipli məsələlərə ciddi yanaılmalı və valideyn nəzarəti olmalıdır:

Uşaqlara zorakılıq tətbiq edən məşqçilərin qarşısı necə alınmalıdır? - PSİXOLOQ+HÜQUQŞÜNAS RƏYİ"Bu kimi hallarda valideyn nəzarəti altında məşqçilər uşaqla məşğul olmalıdır. Aparıb bilinməyən bir adamın əlinə uşağı vermək olmaz. Burada həm valideyn, həm də müdiriyyətin nəzarəti olmalıdır. Bu insanların kim olduğu araşdırmalıdır, yoxlanılmalıdır. Bunların bir qismi yaxşı təhsil almayan adamlardı. Hansısa bir idman sahəsində bir balaca nailiyyətləri olur. Adlarını "məşqçi" qoyurlar. Bu baxımdan çox ehtiyatlı olmaq lazımdır. İlk olaraq bu kimi şəxslərə söhbətlər aparılmalıdır. Onlara seçimi ilə əlaqədar müəyyən danışıqlar olmalıdır. Eyni zamanda yoxlanılmalıdırlar. Uşaqlara münasibəti və fəaliyyəti nəzərə alınmalıdır. Bir sözlə onların haqqında olan məlumatlar ciddi şəkildə öyrənilməlidir. Psixoloq onlar ilə maksimum söhbət apara yaxud xəbərdarlıq edə bilər".

Psixoloqun sözlərinə görə, nəzarət iki istiqamətdə olmalıdır: psixoloji və pedaqoji. Həm uşaqların, həm də məşqçilərin dərsləri izlənilməlidir:

" Təbii olaraq hər yoldan keçən idman zalı, stadion açmamalıdır. Orada təsadüfi insanlar belə ola bilər. Onlara diqqət yetirmək lazımdır. Onların tərcümeyi-halı, davranışlarına, aqressivlik dərəcələrinə baxmaq lazımdır. Bəzən məşqçi öz peşəsindən daha çox uşaqlara qarşı aqressivliyə yol verir. Fiziki təsir göstərir, uşağın əldə edə bilməyəcəyi bir işi yaxud hərəkəti ondan tələb edir. Bu baxımdan ciddi yoxlanışlar həyata keçirilməlidir. Həm seçimdə, həm də uşağını verən valideyn düşünməlidir ki, övladını bu idman növünə yönəltsin yoxsa yox. Yəni burada valideyn uşağın əlindən tutub gəlirsə, izləməlidir ki, məşq prosesindən nə baş verir".

Edison Quliyev qeyd edib ki, hansı yaşdan olan uşaqlar məşqlərə gedirsə, onlara diqqət etmək lazımdır:

"Bəzi yeniyetmələr var ki, 11-12 yaşından gedirsə, bəzilər daha erkən 7-8 yaşından hər hansı bir idman növü ilə məşğul olurlar. Özbaşına buraxmaq olmaz. Ciddi iş aparılmalıdır. Onların əvvəlki fəaliyyəti nədir və harada məşğul olublar, bunların hamısı araşdırılmalıdır. Əgər məşq zallarında psixoloq və pedaqoq varsa, gedişatı yaxından izləməlidir. İnsanların böyük bir qismində , xüsusilə idmançıların təbiətində təcavüzə meyillilik var. Onlar özləri yarışlarda iştirak etdikdə, istər-istəməz başqalarına əzab vermək zövq alırlar. Həmin davranış modeli sonradan uşaqlara belə keçə bilir. Prosesə baxılmalıdır".

Hüquqşünas Şamil Paşayev bildriib ki, bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər:

Uşaqlara zorakılıq tətbiq edən məşqçilərin qarşısı necə alınmalıdır? - PSİXOLOQ+HÜQUQŞÜNAS RƏYİ"Ümumiyyətlə nəzərə almaq lazımdır ki, idman məşqçilərinin uşaqlara zərbə endirmək, döymək, xəsarət yetirmək, zorakılıq etmək kimi ixtiyarları yoxdur. Uşaqlara ən az bir fəndin öyrədilməsi zamanı ola biləcək qəzalardan, hətta xəsarətlər və zərərlərdən qaçmalıdırlar. Məşqlər uşaqlara fiziki zorakılıq və zərər yetirirlərsə bu xəsarətin dərəcəsinə adekvat olaraq cinayət məsuliyyətinə səbəb ola bilər. Burada nəzərə almaq lazımdır ki, uşaqların öz əksəriyyəti bu halda qorxulu hədələnmə, qorxu altında saxlanmaqla yerinə yetirilirsə bu köməksiz vəziyyət kimi də qəbul edilə bilir. Xəsarətin dərəcəsinə görə, müvafiq olaraq "Cinayət məcəlləsi"nin "yüngül və ağır xəsarət yetirmə"yə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Eyni zamanda burada əzab vermə nəzərdə tutulması mümkündür".

Xatırladaq ki, ötən il aprel ayında yeddi yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində yeddi yaşlı uşaq vəfat edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1580   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021