Səhiyyə Nazirliyi və TƏBİB-in aqibəti nəcə OLACAQ?
Son zamanlar Səhiyyə Nazirliyinin fəaliyyəti ilə bağlı vətəndaşlar narazılıqlar mövcuddur. Buna görə də TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilə bilər mi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da struktur olaraq ayrıca fəaliyyət göstərməlidir:
"Düşünürəm ki, TƏBİB ya müstəqil struktur kimi fəaliyyət göstərə, ya da Səhiyyə Nazirliyinin tabeliyinə verilə bilər. Doğrudur TƏBİB yaranandan, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanan vaxtdan koronavirus pandemiyası dünyanı cənginə aldı. Həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in bütün strukturları pandemiya ilə mübarizəyə cəlb olundular. Amma bu gün müəyyən problemlər var ki, bu problemlərin həlli vətəndaşı TƏBİB və Səhiyyə Nazirliyi arasında get gəldə saxlayır. Mənə görə TƏBİB yaradılarkə nəzərdə tutulan nəticələrə hələ də çatmamışıq. İcbari tibbi sığortanın ölkədə tətbiqi arzu edilən və gözlənilən səviyyədə qurulmayıb.
TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da struktur olaraq ayrıca fəaliyyət göstərməlidir. Yəni icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrılmalı, ya da Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir.
Əgər TƏBİB ayrıca bir qurum kimi fəaliyyətini davam etdirəcəksə, mütləq şəkildə TƏBİB-in indiyə qədərki fəaliyyətinin səlahiyyətli və müstəqil bir komissiya tərəfindən öyrənilməsi məqsədə uyğundur. Nəticədə ortaya çıxan nöqsanlar aradan qaldırıla bilər. Çünki hazırda ölkədə sığorta sisteminin icraçısı kimi fəaliyyət göstərən TƏBİB- in fəaliyyəti vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6256 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr