Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO

Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTOYanvarın 22-də "Tusi" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə uzun illərdir Bakıda yaşayan Ordubad ziyalıları bu rayona səfər ediblər.
Sonxeber.az xəbər verir ki, səfər çərçivəsində onların Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli ilə görüşü keçirilib.
Görüşün əsas mövzusu "Yeniləşən qədim Ordubad: gözləntilər və perspektivlər" olub. Dörd saata yaxın davam edən görüşün əvvəlində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində hər bir sahədə aparılan işlərdən, inkişafdan danışıb, əldə edilən nailiyyətlərə nəzər salıb.
Rəcəb Rəhimli Ordubadın hazırkı problemləri, onların həlli yolları, görülən və görüləcək işlərlə bağlı məlumatlar verib, Ordubadın inkişafı yolunda əslən bu rayondan olan iş adamları və ziyalıların dəstəyinin əvəzsiz olacağını bildirib.
İcra başçısı eləcə də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və rifah halının yüksəldilməsi məqsədilə qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"ndan, bu proqramın məqsədi və prioritet istiqamətlərindən ətraflı danışıb. Dövlət Proqramında muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafının nəzərdə tutulduğunu, xüsusi layihələrin hazırlandığını vurğulayan icra başçısı rayonun gələcək inkişaf perspektivləri barədə danışıb.
Ordubad şəhərinin baş planının hazırlanmasından, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyindən, xüsusilə, rayon üçün önəmli olan konserv və ipəkçilik müəssisələrinin yenidən qurulmasından, tarixi abidələrin, qədim məhəllələrin restavrasiyası ilə turizm imkanlarının genişləndirilməsindən danışan Rəcəb Rəhimli, rayonun simasının tarixiliyin və müasirliyin vəhdətində yeni görkəm alacağını ifadə edib. Bildirib ki, hazırda diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılıması ilə Ordubad rayonu daha da sürətlə inkişaf edəcək. Heç şübhəsiz ki, müvafiq Dövlət Proqramı haqqında vətəndaşların məlumatlandırılması prosesində, rayonda kadr potensialının təkmilləşdirilməsində, onların formalaşdırılmasında, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində, eləcə də rayonunhərtərəfli inkişafında uzun illər Bakı şəhərində məskunlaşan rayon ziyalılarının iştirakı zəruridir və mütləqdir. Rayon İcra Hakimiyyətinin başçısı bütün bu işlərdə, ictimai-siyasi həyatda hər bir ziyalını daha da fəal olmağa, rayonun inkişafında bilik – bacarıqları, səmərəli fəaliyyətləri ilə yaxından iştirak etməyə dəvət edib.
Görüşdə uzun illərdir Bakı şəhərində məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən ordubadlı ziyalılardan professor, Azərbaycan Tibb Universitetinin Kafedra müdiri Çingiz Rəhimov, filosof, Türk dünyasının sevimli şairi Rüstəm Behrudi, Ramiz Babayev, professor Müzəffər Məmmədov, akademik, Fizika İnstitutunun şöbə müdiri Vəli Hüseynov, ⁠professor, AMEA-da şöbə müdiri Bəhlul İbrahimli, həkim-cərrah, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, ali dərəcəli həkim-cərrah Telman İbadov, ali dərəcəli həkim-terapevt İsa Cahanov, Mehrac Əliyev, jurnalist, köşə yazarı Çingiz Əliyev(Çingiz Özgür), QHT sədri, ictimai fəal Kəmalə Ağazadə, dosent, "Azərbaycan tarixçiləri" İctimai Birliyinin sədri Mehri Xanbabayeva, Ələsgər Mehdiyev, BŞİH-ın əməkdaşı ⁠Füzuli Quliyev, Kartoqrafiya və Geodeziya İnstitutunda Həmkarlar İttifaqının sədri Ləyaqət Mövsümova, həkim-dermatoveneroloq, Azərbaycan Tibb Universitetinin Dermatovenerolgiya kafedrasının professoru Zülfüqar Fərəcov, iş adamı Rafiq Quliyev, professor Aydın Mehdiyev, ictimai xadim Natiq Məmmədov, "AZENCO" ASC-də direktor müavini Ramazan Səfərov, həkim invaziv-kardioloq, Avrasiya Hospitalının həkimi Tofiq Sadıqov, həkim-terapevt Hacıağa Bağırov, hərbi ekspert Elxan Şıxəliyev, dosent, arxeoloq Elvin Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, müəllim Leyla Əliməmədova iştirak ediblər.
Görüş zamanı ziyalılarla rayonun gələcək inkişafı ilə bağlı proqramların həyata keçirilməsi, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Hər bir ziyalı öz elinin inkişafı yolunda düşündüklərini dilə gətirib, təkliflərini səsləndirib.
Ziyalılar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tam dəstəklədiklərini, ölkəmizin əldə etdiyi Zəfər, günbəgün qazanılan uğurlarla qürur duyduqlarını ifadə edib və ölkədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı ilə bağlı görülən işlərə, dövlətimizin yüksəlişinə öz töhfələrini verəcəklərini bildiriblər.
Sonda "Tusi" Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri Yəhya Babanlı ziyalılar adından Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə onları yüksək səviyyədə qarşıladığına, görüşün təşkilinə, Ordubad rayonunun inkişafı üçün göstərdiyi xidmətlərə görə öz minnətdarlığını bildirib, fəaliyyətində uğurlar arzulayıb. Həmçinin, Yəhya Babanlı "Tusi" Xeyriyyə Cəmiyyətinin üzvləri adından Rəcəb Rəhimliyə xatirə hədiyyələri təqdim edib.

Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTOZiyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTOZiyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTOZiyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTOZiyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1182   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr