"Sehrli xalat"ın Rəşidi ABŞ-də vəfat etdi

"Sehrli xalat"ın Rəşidi ABŞ-də vəfat etdi"Sehrli xalat" filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbukda məlumat paylaşıb.

Onun sözlərinə görə, A. Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.

O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

Ona ən böyük uğuru "Sehrli xalat" filmindəki pioner "Rəşid" obrazı gətirib. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.

A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.

"Sehrli xalat"ın Rəşidi ABŞ-də vəfat etdi"Sehrli xalat"ın Rəşidi ABŞ-də vəfat etdi"Sehrli xalat"ın Rəşidi ABŞ-də vəfat etdi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3352   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb. Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ

31 mart
.

31 Mart soyqırımından 108 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür. xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-da

31 mart
.

Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili

31 mart
.

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir" - DEPUTAT

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir", - bunu -a danışan deputat Pərvanə VƏliyeva deyib: . "1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, "Daşnaksutyun" partiyasının 4 minli

31 mart
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Ardıcıl 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən...

Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd oluna

1 aprel
.

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"

31 mart
.

Bu gündən elektron siqaret çəkənlər cərimələnəcək

Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri

1 aprel
.

Tanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı

Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, Davud Qüdrətov ixtisasc

31 mart