"Bu gün AŞPA-nın bəzi deputatları açıq şəkildə erməni lobbisinin sifarişlərini yerinə yetirirlər" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı. Belə ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı dayandırması gözlənilən addım idi:
"Çünki uzun müddətdir ki, AŞPA ilə Azərbaycan arasında münasibətlər kifayət qədər gərginləşmişdi. Xüsusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra. Bəzi dövlətlər və təşkilatlar kimi AŞPA da ölkəmiz əleyhinə qərar qəbul edirdi. Ümumiyyətlə AŞPA-nın qəbul etdiyi qərarları bizim üçün sadəcə kağız parçasıdır. Çünki AŞPA-nın bəzi deputatları erməni lobbisinin sifarişlərini yerinə yetirirlər və ikili standarta görə davranırlar. Bu gün AŞPA ölkəmizə qarşı açıq şəkildə yalan və qərəz nümayiş etdirir. Diqqəti çəkən önəmli məqamlardan biri də Fransa və Almaniyanın AŞPA-da ədalətsiz davranış müstəvisində birləşməsidir. Səbəb isə aydındır. Ona görə də düşünürəm ki, AŞPA ilə əməkdaşlığımızı dayandırmağımız doğru qərardır".
Deputat vurğulayıb ki, Azərbaycanın günü-gündən iqtisadi və siyasi baxımdan güclənməsi, ərazi bütövlüyünü tam bərpa etməsi bəzi dövlətləri və təşkilatları narahat etməyə başlayıb:
"Xüsusən də ermənipərəst dairələri. Əslində bu ölkəmizə qarşı başladılan çirkin kampaniyalar bizi təəccübləndirmir. Çünki 30 il ərzində ölkəmizə qarşı ikili münasibət göstərilib. 30 il ərzində Ermənistanı gizlin şəkildə himayə edən dövlət və təşkilatlar 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra açıq şəkildə işğalçını dəstəkləməyə başladı.
Bu gün Ermənistan və havadarları regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Amma onların bu planı da baş tutmayacaq. Danışıqlar masasında yalnız Azərbaycan tərəfinin şərtləridir. Ermənistan gec-tez Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalı olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon