Kişi müəllimlərin azlığı kriminala yol açır? - "Analıq instinkti maneə törədir"
"Kişi müəllimlərin say azlığı ilə bağlı dəfələrlə çağırış etmişik. Təəssüf ki, hazırda məktəblərdəki müəllimlərin 80%-ni qadınlar təşkil edir".
Bu sözləri Ölkə.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Gəncədə orta məktəbdə 11-ci sinif şagirdinin yaşıdı tərəfindən bıçaqlanması narədə danışan ekspert hesab edir ki, qadınlarda olan analıq instinkti neqativ halların qarşısının alınmasında maneə törədir:
"Xüsusilə də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, xarici dil, bağça müəllimliyində və s. gender bərabərliyi pozulub və nəticə etibarilə kişi müəllimlərin sayı azalıb.
Kişilərin təhsildə olmamasının nəticəsini hazırda görürük. Təhsil müəssisələrinin rəhbərlərinin böyük əksəriyyəti də xanımlardır. Əvvəlki dövrlərdə isə kişi müəllimlərin sayının çox olması neqativ hadisələrin qarşısının alınmasına kömək edirdi. Qadın müəllimlərdə analıq instinkti baş qaldırdığı üçün bəzi məsələlərə sülh çərçivəsində yanaşırlar. Bəziləri də öz vəzifəsini itirməmək üçün buna çalışır və nəticə etibarilə də məsələ həll olunmadan qalır, neqativ hallar da ardıcıl sıralanır".
Ekspert kişi ölkəmizdə fəaliyyət göstərən kişi müəllimlərin sayının az olmasını iqtisadi amillərlə əlaqələndirib. Onun fikrincə, kişilər maaş azlığına görə, başqa sahələrə üz tutur:
"Bu məsələdə əsas problem əməkhaqqıdır. Nə qədər ki, Azərbaycan müəllimi ən azı millət vəkilləri qədər əməkhaqqı almayacaq, o vaxtadək də kişi müəllim qıtlığı olacaq. Ümumiyyətlə, istər kişi müəllim, istər qadın müəllim olsun, bu gün əməkhaqları çox aşağıdır. Əməkhaqqı və keyfiyyət bir-birindən asılıdı. Yaxşı əməkhaqqı yüksək təhsil keyfiyyəti deməkdir!"
Qeyd edək ki, 22 mindən çox kişi, 121 mindən çox isə qadın müəllim olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr