Cinsi zorakılığa meyilliyi olan şagirdləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Son zamanlarda uşaqlara qarşı və uşaqlar arasında cinsi zorakılıq kimi hallar gündəmə gəlməyə başlayıb. Bir sıra amillərdən artıq bu yaş həddi belə enməyə başlayır. Buna 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatların yayılmasını göstərə bilərik. Burada maraqlı bir sual yaranır. Cinsi zorakılığa meyilliyi olan uşaqlara qarşı hansı cəza tədbirləri görülə bilər?
Məsələ ilə bağlı, hüquqşünas Əliməmməd Nuriyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda cinayət məsuliyyətinə cəlbetmə ilə bağlı ümumi yaş 16-dır. Amma bəzi cinayətlər var ki, daha aşağı-yəni 14 yaşdan başlayır:
"Xüsusilə zorlama cinayəti, adam öldürmə, xəsarət yetirmə ilə bağlı məsələlərdir. Cinayət cəzasının verilməsi üçün cinayətin subyekti olmalıdır. 7-ci sinifdə oxuyan şagirdin əgər 12-13 yaşı varsa o cinayətin subyekti ola bilməz. Sadəcə olaraq çətin tərbiyə olunan uşaqlar ilə bağlı mərkəzlər var. Zorakılığa meyilliyi olan uşaqlar oraya göndərilə bilərlər. Amma belə halda isə, onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. Əgər sübut olunsa ki, göstərildiyi əməldə zorakılıq törədib, 14 yaşdan yuxarıdırsa o zaman məsuliyyət məsələsi yarana bilər. Yaş aşağıdırsa bu zaman cinayət məsuliyyətinə cəlb edilə bilməz. Əgər bu şagird digər bir məktəbə köçürülürsə, deməli burada yetərli sübutlar yoxdur. Çünki, hansısa bir qısıtlamalar olur. Belə çərçivədə şagirdin həmin məktəbdə təhsilini davam etdirməsi mümkün deyil. Belə çıxır ki, orada hər zaman problemlər ola bilər. və uşaqlar arasında ziddiyət dərinləşə bilər. Bu hadisənin təsdiq olunmaması, o cümlədən gələcəkdə fəsadların baş verməməsi üçün şagirdin başqa məktəbə köçürülməsini normal hesab edirəm. Belə hadisədən sonra cinayıtin başlanma prosesi olmamışdır. Digər tərəfdən həmin məktəbdə tərbiyə işlərinin düzgün qurulmaması ilə bağlı, Elm və Təhsil Nazirliyi, müvafiq strukturlar tərəfindən dəyərləndirmə aparılıb. Bildiyim qədərilə məktəb administrasiyası rəhbərliyi tərəfindən tədbirlər görülüb".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon