Siqaret çəkən uşaqları hansı cəza gözləyir? - AÇIQLAMA
Sosial, psixoloji və genetik faktorların birləşməsi nəticəsində siqaret çəkmə vərdişi daha çox uşaqlıq və yeniyetməlik dövründə baş verir. Artıq azyaşlıların, məktəb çağında olan yeniyetmələrin siqarət çəkdiyinin şahidi oluruq. Bəs yetkinlik yaşına çatmayan uşaqlar yaxud valideynləri cəzalandırıla bilər?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, qanunvericiliyimizdə nəzərə almaq lazımdır ki, yetkinlik yaşına çatmayan şəxslərin siqaret çəkmək üçün bağlı hər hansı bir cəza, inzibati tədbir nəzərdə tutulmayıb:
"Burada yalnız tütün siqaret məmulatlarını uşaq, yetkinlik yaşına çatmayan şəxslərə satmaqda, onları bu işə cəlb etməkdə nəzərdə tutulan inzibati xətalar var. Bundan başqa, siqaret çəkən, tütün məmulatlarından istifadə edən uşaqların valideynlərin cəzalandırılması ilə bağlı tədbir yaxud cərimə yoxdur. Bunu yalnız qanunvericiliyimizdə xırda xuliqanlığa, yetkinlik yaşına çatmayan uşaqların törətdiyi inzibati əməllərə görə valideynlər cərimə oluna bilər. Qanunvericilikdə hərhansı bir qadağanedici, sanksiyalaşdırılmış müddəanın əlavə edilməsindən başqa siqaretdən, bıçaqdan, kriminaldan uzaq durmasının ən yaxşı yolu ancaq təhsil, təlim-tərbiyə işlərinin düzgün aparılmasıdır".
Şamil Paşayevin sözlərinə görə, konkret olaraq, məktəblər, bağçalar, ailələr uşaqlar bir tədbir görə bilərlər:
" Bu gün uşaqlar arasında "kriminal avtoritetlər"ə, radikal dini düşüncəli şəxslərə qarşı maraq günü-gündən artmaqdadır. Biz bunu sosial media hesablarındakı hər hansı ağlamalı videonun təsiri altında danışan şəxslərdə görürük. Eyni zamanda"kriminal avtoritet"lərin, "kriminal dünya" adamlarına olan şəxslərə özünü bənzətmə kimi halların şahidiyik. Bütün bunlar ilə bağlı təbii ki, bir nömrəli mübarizə aparmalı yer məktəbdir və orada müəllimlərin özünün duruşudur. Ailənin əxlaq qaydalarına riayət etməsi və uşaq üçün atılması olan vacib addımdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1891 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr