Sosial yardım və pensiya düzəltmək adı ilə vətəndaşdan külli miqdarda pul alan şəxsləri hansı cəza GÖZLƏYİR? -AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir qrup qadını sosial yardım və pensiya düzəltmək adı altında aldadıblar. Paytaxt sakini Gülgəz Hüseynova 24 min manat deyərində aldadıldığını iddia edib. Bəs bu şəkildə dələduzluqla məşğul olan şəxslərə hansı cəza gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib.
Hüquqşünas bildirib ki, həmin şəxslər ən yüksək halda 8 ildən 12ilə qədər cəza tətbiq edilə bilər:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi dəladuzluq əməlinə görə, cinayət məsuliyyəti müəyyən edir. Şəxslərin etibarından sui-istifadə edib, onları aldadaraq, əmlakının mənimsənilməsi dələduzluqdur. Ona görə də həmin şəxslər prokurorluğa müraciət etməlidir. Əgər dələduzluq əməlində şübhəli bilinən şəxs və şəxslər müəyyən edilərsə, onlar hüquqi baxımdan cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi 3 bənddən ibarətdir. Ən yüksək halda 8 ildən12 ilə qədər cəza tətbiq edilə bilər.
Xüsusi ilə bu dələduzluq edən şəxslər hansısa formada dövlət səlahiyyətlərini mənimsəmə və ya bu istiqamətdə əməkdaşlıq edirlərsə bu sahə də mütləq şəkildə araşdırılmalıdır. Hansısa səlahiyyətli şəxslərlı bağı varsa, və ya səlahiyyətli şəxslər də bu məsələdə iştirak edirsə, onların da cəzalanması üçün də addımlar atılır. Bütün hallarda vətəndaş ilk növbədə hüquq mühafizə orqanları müraciət etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1292 Tarix: 29 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabr