Bakıda şagird qızılcadan ölüb
Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Sonxeber.az xəbər verir ki, Qafqazinfo Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb.
Təhsil ocağından bildirilib ki, şagird bir neçə gün öncə vəfat edib:
"Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir".
Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib:
"Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib:
"2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.
Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib.
Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1364 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabr