Füzuli şəhərində prezident seçkiləri üzrə səsvermə başlayıb
İşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
"Report"un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşının xəbərinə görə, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb.
Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb.
Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə 1351, "Azərişıq" ASC-nin Füzuli şəhərində yerləşən binasında yaradılan 76 saylı məntəqədə 976, Füzuli şəhəri bina 7a qeyri-yaşayış sahəsində yaradılan 77 saylı məntəqədə 1292 seçici var.
Füzuli şəhərində yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 496 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr