Cavid Qurbanov səsverməyə nəvəsi ilə getdi

Cavid Qurbanov səsverməyə nəvəsi ilə getdiAzərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib.

Nazir müavini nəvəsi Cavid Qurbanov ilə birlikdə Nizami rayonu Nizami 1-ci seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Səsvermədən sonra Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov Azərbaycanın son 30 illik tarixində fərqli bir gün yaşanıldığını deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının Zəfər seçkisi ölkəmizin tarixində mühüm siyasi hadisə kimi qalacaq:

"Son 30 ildə ilk dəfə Azərbaycan suverenliyinin tam təmin olunduğu bir seçki prosesi oldu. Bu gün mən seçki məntəqələrində müşahidə etdim ki, seçki hüquq olan vətəndaşlarımız böyük aktivlik ilə bu prosesə qoşulub. Bu isə xalqımızın suverenliyini təmin edən Ali Baş Komandana növbəti böyük dəstəyinin ifadəsidir".

Cavid Qurbanov qeyd edib ki, Azərbaycan vətəndaşları bu seçkilərə Qarabağın və Şərqi Zəngəzurun azad olunması ilə gedir.

"Bu seçki Azərbaycanın qazandığı tarixi uğurların davamıdır. Azərbaycan həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirilib. Bu baxımdan bugünkü seçkilərin tarixi əhəmiyyəti bir qədər də artır. Azərbaycanın tarixində bu seçkilərin önəmini dərk edən vətəndaşlarımız xüsusi həmrəylik və coşqu ilə seçki məntəqələrinə axışır. Seçkilərdə müşahidə olunan aktivlik Azərbaycan vətəndaşlarının öz ölkəsinin taleyinə biganə yanaşmadığının göstəricisidir", – deyə o əlavə edib.

Nazir müavini əmin olduğunu bildirib ki, bu seçkilərdən sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında quruculuq və bərpa işləri sürətlənəcək, "Böyük Qayıdış" proqramı çərçivəsində insanlar öz doğma yurdlarına dönəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 925   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr