Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - Araşdırma
Sosial mediada 66 saylı Saatlı seçki dairəsinin 35 saylı məntəqəsində qeydə alınmış seçki saxtakarlığı videosu yayılıb.
"Qafqazinfo" xəbər verir ki, kadrlarda bir gənc oğlanla, yaşlı qadının seçki qutusuna çox sayda bülleten atdığı əks olunub.
Faktyoxla Lab. yayılan videonun həqiqiliyini araşdırıb.
Bu videodakı bəzi fraqmentləri "əksinə təsvir axtarışı" metodu ilə axtarışa verdikdə bəlli olur ki, video yeni deyil və ümumiyyətlə, Azərbaycanda çəkilməyib.
Araşdırma nəticəsində dəqiqləşdirdik ki, kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində, bu ölkədə keçirilən növbədənkənar prezident seçkiləri zamanı qeydə alınıb.
Videonun saxta olmasını təsdiqləyən digər fakt seçki məntəqələrindəki fərqlərlə bağlıdır. Hər iki seçki məntəqəsində divarların mavi rəngli boya ilə rənglənməsi izləyicilərdə bir anlıq çaşqınlıq yaratsa da diqqətlə baxdıqda tamam fərqli məkanlar olduğu dəqiqləşir. Nəzərə alaq ki, 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqə veb-kamera quraşdırılan seçki məntəqələrindəndir. Həmin mətəqənin görüntüsü hazırda belədir:
Bundan başqa seçki qutularının da fərqli olması arqumentlərimizi təsdiqləyən amillərdəndir.
Videoda görüntülənən şəxslərin yay geyimində olması, Azərbaycanda fevral ayında qısaqollu köynəkdə ictimai yerə gəlməyin mümkünsüzlüyü də deyilənləri təsdiqləyir.
Xatrıladaq ki, az müddət öncə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində seçki qutusuna topa şəklində bülletenlərin atılmasını əks etdirən video ilə bağlı birgə açıqlama yaymışdılar.
Nəticə: Sosial mediada 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqədə qeydə alınmış "seçki saxtakarlığı"nı əks etdirən video saxtadır.
Kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 911 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr