"BBC Azərbaycanca" manipulyativ və qeyri-peşəkar video yayıb

"BBC Azərbaycanca" manipulyativ və qeyri-peşəkar video yayıb"BBC Azərbaycanca" "Seçkilərdə "minbaşı": "Görmürsünüz, hamı keçib salam verir" başlıqlı video paylaşıb.

Məlumatda qeyd olunur ki, "BBC Azərbaycanca"nın əməkdaşı 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə səsverməni izləyib.

Faktyoxla Lab. "BBC Azərbaycanca"nın seçki məntəqəsindən hazırladığı videonu araşdırıb.

Əvvəla, "BBC Azərbaycanca"nın hazırladığı bu material açıq-aşkar qanun pozuntusu ilə müşayiət olunub. Belə ki, video-süjet boyunca həmsöhbətin çəkiliş getməsindən xəbərsiz olduğu açıq sezilir. Gizli çəkiliş isə şəxsin konstitusion hüquqlarının pozulması və şəxsi həyatına müdaxilə sayılır.

İkincisi, "BBC Azərbaycanca"nın bu reportajı informasiya manipulyasiyasıdır. "BBC Azərbaycanca"nın müxbiri səmimi ortam yaradaraq, yönləndirici suallarla həmsöhbətindən neqativ məlumat "qoparmağa" çalışır. Amma müxbirin bu niyyəti baş tutmur, səmimi cavablar verən qadın söhbətində neqativ, qanundankənar heç bir fikir səsləndirmir, yalnız "biz insanları seçkiyə gəlməyə təşfiq edirik. Bilirsiniz ki, insanlarımız bir az laqeyiddilər. Çağırırıq ki, gəlsinlər kimə istəyirlər səs versinlər" deyir.
Üçüncüsü, "BBC Azərbaycanca"nın bu reportajı peşəkarlıqdan uzaqdır. Videonun məhz söylənildiyi kimi 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə çəkildiyini təsdiqləyən heç bir təsdiqləyici məlumat, görüntü təqdim olunmur. BBC kimi böyük media qurumunun belə yanaşması nüfuzuna xələl gətirəcək haldır.

Nəticə:

"BBC Azərbaycanca"nın "minbaşı" haqda hazırladığı video-reportaj, jurnalistikanın bir çox prinsiplərinin pozulduğu, müxbirin söhbət etdiyi şəxsin konstitusion hüquqlarının kobud şəkildə pozulması fonunda hazırlanmış, manipulyativ xarakterli, qeyri-peşəkar materialdır. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2155   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr