Həmişə məndən soruşurdu ki... - Mübariz İbrahimovun qardaşı danışdı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirildiyi bir gündə sıravi vətəndaşlarla yanaşı Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşları Milli Qəhrəmanımızın məzarını ziyarət edərək, doğum günündə əziz xatirəsini yad ediblər.
Modern.az-ın müxbiri Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov ilə əlaqə saxlayaraq, onunla bağlı xatirələrini öyrənib.
"1988-ci ilin 7 fevralında hava tutqun idi, qar yağmışdı. Mübariz dünyaya gələndə mənim üç yaşım var idi. Həmin günü xatırlayıram. Sanki bu da Allahın bir lütfüdür ki, həmin an 3 yaşında uşağın xatirəsində qalıb. Biz Mübarizlə Bakıda bir yerdə işləyirdik. Dedim ki, qal bərabər işləyək. Dedi yox, mən orduya gedəcəm. Mübariz mənim xatirəmdə mərd, sözündə bütöv biri kimi qalıb. Onun bir özəlliyi var idi ki, hər nə olursa, olsun mütləq verdiyi sözə əməl etməli idi" - şəhid hərbçimizin qardaşı deyib.
Qardaşından danışarkən xatirələrə dalan R.İbrahimov o dövrdə hamı kimi onların da ən böyük probleminin Qarabağ olduğunu söyləyib:
"Mən yaşda ondan böyüyəm, ancaq o məndən fiziki cəhətdən cüssəli idi. Heç vaxt məndən cüssəli olduğunu büruzə vermirdi. Hər zaman mənə böyük kimi davranırdı, hörmət edirdi. Mənə hiss etdirirdi ki, sən böyüksən.
Həmişə zəngləşəndə soruşurdu ki, nəsə bir problemin, çətinliyin var? Deyirdim yox, əsas sənsən, sənin problemin olmasın. O vaxtlar şablon bir söz istifadə olunurdu. "Nə problem var" sualına "tək problem Qarabağdır" deyilirdi.
Şəhadətindən təxminən 1 ay öncə zəngləşəndə yenə eyni sualı verdi. Mən də dedim ki, tək problem Qarabağdır. Onda cavab verdi ki, narahat olma, düzələcək. Əslində o vaxt onun tam təfərrüatı ilə nə demək istədiyini bilmirdim. Demək ki, bildiyi bir şey varmış ki, mənə belə deyib. Əsl qardaş qardaşın yadında necə qalarsa, Mübariz də mənim yadımda elə qalıb və elə də qalacaq".
Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.
O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib.
Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi