BAXCP: "İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
"BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkisində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkinin elan olunduğu ilk günlərdə seçkiyə qatılmağa tərəddüd etsə də, ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək "Ədalət, Hüquq, Demokratiya" şüarı, "Böyük Dəyişikliklər" seçki proqramı ilə prezident seçkisinə qatıldı. Seçkinin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da, əzmlə mübarizə apardıq.
Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladılar.
Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.
Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkinin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sistemin yaranmasına yol açacaq ciddi siyasi islahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.
BAXCP olaraq seçkidə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.
BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.
Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1253 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabr