Maaşlar bu tarixdə artırılacaq
Ötən həftə Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Adətən, hər ilin əvvəlində pensiyaların artımı ilə paralel şəkildə dövlət sektorunda çalışan işçilərin də maaşların artımı ilə bağlı qərar verilirdi. Yəni hər iki müavinətin indekləşdirilməsi təxminən eyni vaxta təsadüf edirdi. Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu barədə rəsmi məlumat yoxdur:
"Hələki bununla bağlı hansısa rəsmi məlumat yoxdur. Hər il maaş və pensiyaların indenksləşməsi paralel aparılırdı. Seçkilərdən öncə təqaüdlərlə bağlı qərar verildi. Maaşlara bağlı isə hələ qərar yoxdur. Açığı, bunun nə vaxt olacağını indidən söyləmək də çətindir. Çünki qanunvericilikdə bu artımların müddətləri müəyyənləşdirilməyib. Sadəcə, hökumətin hər il orta aylıq əməkhaqqının artım tempinə və ya infiliyasiya göstəricilərinə uyğun olaraq, əməkhaqlarında indeksləşmə aparmalı olduğu qeyd olunub. Ona görə də indidən nəsə demək çətindir".
Ekspert maaşlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini istisna etməyib:
"Ehtimal edirəm ki, yaxın vaxtlarda parlament seçkiləri ilə bağlı qərar verilə bilər. Ola bilsin ki bu qərardan öncə maaş artımı ilə bağlı yeni bir qərarın elan olunması baş versin. Bəlkə də bunlar hansısa bir seçki alqoritminə görə hesablanıb. Amma nə vaxt və hansı gün olacağını söyləmək çətindir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon