"Nəsibə xanım mənə şillə vurub dedi ki, bu tərbiyəsizliyi kimdən öyrənmisən, dedim ki, səndən" - FOTO
"Nəsibə xanım bu sənətə gəlməyimi istəmirdi. Çox qarşı durdu, hətta məndən incidi, küsdü ki, sözümə baxmırsan. İllər sonra ona sual verdim ki, ana, məndən utanmırsan?! Hamı məni tanıyır, hörmət edir, sevir! Dedi ki, "utanmıram, amma yenə də nigaranam səndən". O bilirdi ki, sənət ağır yerdir. "Mən övladımın əziyyət çəkməsini istəmirəm" deyirdi. Nəsibə xanımın Nəsibə xanım olması üçün nə qədər illər lazım olub. Bir şəkil var, mən anamın həyatını ona bənzədirəm. Bəlkə də siz də internetdə görmüsünüz. İncə bir çiçək qalın bir asfaltı deşib çıxır. Nəsibə xanımın professional teatrı öz pulu ilə, zəhməti ilə yaratmış Cahangir Zeynalovun qızı olmasına rəğmən yenə də onun qabağını kəsirdilər".
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cahangir Novruzov deyib.
Cahangir Novruzov uzun illər indiki Akademik Musiqili Teatrda rejissor vəzifəsində çalışıb. O, hətta gecikdiyi üçün anasını məşq prossesinə buraxmadığını da etiraf edib.
"Nəsibə xanımdır da. Ona gərək keçəsən. Ərköyün böyüyüb. Hər kəs onun xətrini çox istəyirdi. Evlə işi qarışdırmışdı. Amma özü mənə evi işə, işi evə qarışdırma deyirdi. Özü qədər disiplinli adam görməmişəm. Məşqə çağırmışdım. Vaxtında gəlib, 20 dəqiqə əvvəl. O vaxt bizim bir truppa müdiri var idi, onun otağına yığışıb aktyorlar söhbət edərdilər, bir stəkan çay içərdilər. Mən də otağa girdim, onlarla söhbət falan etdim. Aktyorlara dedim ki, vaxta az qalıb, məşqə gəlin. Özüm keçdim səhnəyə. Hamı otaqdan çıxdı, vaxtında məşqə gəldi. Nəsibə xanım truppa müdiri ilə nəsə danışırdı. Həm də gülürdü, səsi səhnəyə qədər gəlirdi. 10 dəqiqə gecikmişdi. Qapını açdım, dedim ki, Nəsibə xanım, mən sizi narahat etməyim, artıq başqa səhnəni məşq etməyə başladım, evə gedə bilərsiniz. Tutuldu və çıxıb evə getdi. Bunu ilk dəfədir danışıram. Axşam evə gəldim, otağa daxil olan kimi mənə bir şillə vurdu. O mənə əl qaldırmırdı. Dedi ki, "sən bu tərbiyəsizliyi kimdən öyrənmisən?" Dedim ki, səndən. Sən öyrətmisən ki, iş başqa, ev başqa. Məşqə gecikmək olmaz. Mən həyatım boyu sənin elə olduğunu görmüşəm. Baxdı üzümə, dedi ki, get burdan (gülür)" deyə sənətkar bildirib.
Cahangir Novruzov anasının son günlərindən də danışıb.
"Nəsibə xanım həyat yoldaşım Elnarə xanımın qucağında rəhmətə gedib. Anası da, anam da xəstə idi. Türkiyədə idim. Dedim ki, sən get, iki anaları yığ bir evə. Qızım Nəsibənin də anamın üzərində böyük zəhməti var. Elnarə bir ildən yuxarı onlara xidmət etdi, mən Türkiyədə tək qaldım ki, ehtiyaclarını qarşılayım. Anası da rəhmətə getdi, üstündən 1-2 ay keçdi Nəsibə xanım rəhmətə getdi" deyə sənətkar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1133 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr