Məktəblərdə psixoloq QITLIĞI - Onların sayı nə qədərdir?
Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər, məktəblərdə şagirdlərlə bağlı yaranan neqativ hallar məktəb psixoloqlarının işini gündəmə gətirir. Ümumi təhsil müəssisələrində baş verən şagird davası, şagirdlərin müəllimlərlə rəftarı və digər məsələlərdə daha çox psixoloqlar yada düşür.
Məktəblərdə şagird sayına görə fəaliyyət göstərən psixoloqların azlığı da narahatlıq doğurur. Belə ki, Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı uşaq sayına görə müəyyən olunur. 1000 nəfərə qədər şagird olan məktəblərdə 1, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır.
Bəzi məktəblərdə isə sözügedən ştat olsa da, psixoloqun özü yoxdur.
Bizim.Media Azərbaycanda hazırda neçə məktəbdə psixoloqun olmaması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan cavab olaraq bildirilib ki, məktəblərdə psixoloq ştatlarının sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir:
"Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib.
Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var".
Qeyd edək ki, 2022-ci ilin məlumatına görə, Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi mövcuddur. Qurumun cavabından da göründüyü kimi, məktəblərin neçəsində psixoloqun fəaliyyət göstərib-göstərməməsi haqqında məlumat verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 647 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr