MEDİA və Mətbuat Şurası birgə bəyanat yaydı

MEDİA və Mətbuat Şurası birgə bəyanat yaydıMedianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası birgə bəyanat yayıb.

Sonxeber.az xəbər verir ki, bəyanatda deyilir:

"Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirib.
Ətraflı

"Media haqqında" Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.

Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləyib.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətə bir daha çatdırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 895   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat

15 sentyabr
.

Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd

14 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

Xəzər TV yeni mövsümə start verib. Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan "Xəbər ertəsi", "Qonaqcanlı", "Evdəkilərə salam", "Xəzər axşamı" və "Təsir dairəsi" proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb

14 sentyabr
.

"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev

"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI

"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə

15 sentyabr
.

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Gününsəsi.info-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, iş üzrə ittiha

14 sentyabr