"Tik-tok"da uşaqlar üzərindən pul qazananları hansı cəza gözləyir? - AÇIQLAMA
Azərbaycanda sosial şəbəkədən istifadə edərkən bir çox neqativ hallar qeydə alınır.
BAKU.WS xəbər verir ki, bəzi vətəndaşlar azyaşlı övladlarından istifadə edərək "Tik-tok" plarforması üzərindən qazanc əldə edirlər.
Azyaşlılar sosial şəbəkəyə cəlb edilməklə həm təhsildən yayındırılır, həm də onlarda pis vərdişlərin yaranmasına meyillilik amilləri artır.
Bu kimi hallar qanunvericiliklə necə tənzimlənir? Azyaşlıları sosial şəbəkəyə cəlb etməklə qazanc əldə etmək halı məsuliyyət yaradırmı?
Mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət etdik. Vəkil BAKU.WS-ə bildirib ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunun 4.2-ci maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar mövcuddur:
"4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya;
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
4.2.6. pornoqrafik xarakterli informasiya.
Ona görə də belə informasiyaların uşaqlar tərəfindən qəbul edilməsinə yol vermək olmaz. Xüsusən valideynlər diqqətli olmalıdırlar ki, uşaqlar evdə, məktəbdə və həyətdə sosial şəbəkələrə daxil olmaqla bu cür informasiyaları qəbul etməsinlər.
Odur ki, "Tik-tok" və ya "Instagram" kimi sosial şəbəkələrdə valideynlər ilə birlikdə çıxışların edilməsi, yaxud yarışların keçirilməsi zamanı uşaqların də cəlb edilməsi qanuna ziddir. Çünki bu zaman uşaqlar həmin çıxışlar və ya yarışların keçirilməsi zamanı qanunun 4-cü maddəsində göstərilən zərərli məlumatları əldə edirlər.
Belə hallar aşkar olunan kimi polis orqanları təqsirkar valideynləri müəyyən edib cəzalandırılması üçün tədbirlər görməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1379 Tarix: 15 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabr