Ermənistanın son təxribatı törətməkdə məqsədi nədir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsindən təxribat törədib. Burada əsas diqqət çəkən məqam isə təxribatı Qafan rayonu istiqamətindən törətməsidir. Eyni zamanda, baş nazir Nikol Paşinyan bu təxribatdan sonra əsassız olaraq bəyanatlar yaymağa başlayıb. Anklav kəndlərimizin verilməsi ilə başlı danışıqların getdiyi bir vaxtda Ermənistan niyə məhz təxribatı Qafan rayonu istiqamətindən törətdi?
Məsələ ilə bağlı politoloq Tural ismayılov Sonxeber.az-a bildirib ki, Baş verən hadisələr gözlənilən idi. Aydındır ki, Ermənistan əsla bölgədə sülhün olmağını istəmir:
"Ermənistanın havadarları bölgədə daim gərginlik atmosferinin qalmasını istəyirlər. Bu kontekstdə gərginliyin davam etməsi üçün bu tip təxribatlar edir. Artıq Qafan istiqamətində Azərbaycan sərhədiçisinə qarşı tuşlanan təxribat Ermənistanda hadisələrə ağıl və məntiqlə yanaşacaq, sülhə töhfə verəcək hansısa bir yanaşma demək olar ki yoxdur. Bütün imkanlar tükənib. Əslində Qafan istiqamətində baş verən son gadisə artıq Ermənistanın Azərbaycan ilə sülh prosesindən yayınmağa çalışdığını növbəti dəfə nümayiş etdirmiş oldu. O cümlədən Nikol Paşinyanın verdiyi bəyanatlar onu göstərir ki, Fransa və müxtəlif üçüncü tərəflər Azərbaycan və Ermənistan arasında hansısa bir normal münasibətlərin olmağını istəmir".
Politoloqun sözlərinə görə, Azərbaycanın sülhpərvər mövqeyini baltalamaq üçün Nikol Paşinyandan oyuncaq kimi istifadə edilir:
"Bütün bunlar da Paşinyanın ölkəmiz əleyhinə böhranlarına və yalanlarına səbəb olur. Amma istənilən halda düşünmürəm ki, bütün bu təxribatların fonunda ciddi bir sakitlik olsun. Ermənistan münasibətlərin ən yaxşı olduğu vaxtda belə Azərbaycan əleyhinə təxribatlarını bir an olsun belə dayandırmır. Bütün bunlar bölgədə gərginlik havasını artırır. Vəziyyətin ciddiləşməyinə, ölkələrarası münasibətlərin pozulmağına səbəb olur. Hər halda bu gərginlikdən ən böyük itirən tərəf birmənalı şəkildə Ermənistan olacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1391 Tarix: 15 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabr