"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən "Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, "World Business Center"də baş tutan təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLARTədbiri giriş sözü ilə açan "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLARBirlik sədri filmdən bəhs edib:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmriylə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir".

Layihə rəhbəri Aqil Ələsgər filmlə bağlı fikirlərini bölüşüb:

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər. Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki, filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan Azərbaycanlılarla bağlı məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik… Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır".

Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib.

Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov filmlə bağlı təəssüratlarını bölüşüb:

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Tarixi faktlara əsaslanan və gələcəkdə Türk dünyasında akademik araşdırma kimi istinad mənbəyi olan bir sənədli filmin nümayişini izlədik. Qürürverici haldır ki, Azərbaycan Gənclər Fondu bu layihənin ərsəyə gəlməsi üçün "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinə maliyyə vəsaiti ayırıb. Sevindirici haldır ki, tamaşaçılar arasında gənclər üstünlük təşkil edir".

Millət vəkili Hikmət Babaoğlu belə bir sənədli filmin ərsəyə gəlməsində layihə rəhbərinə minnətdarlığını ifadə edib:

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Allaha şükürlər olsun ki Azərbaycan Prezidenti və dəmir yumruq sayəsində qaçhaqaçdan da, qaçqınlıqdan da qurtulduq, indi köç geri qayıdır. Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında tarixi mesajlar verdi. Cənab Prezident çıxışının sonunda belə bir fikir səsləndirdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu gün Qərbi azərbaycanlılar Türk dünyasının müxtəlif bölgələrinə səpələniblər. Elə iki babamdan biri Qazaxstana sürgün olunub. Sonra 1952-ci ildə kəndimizə qayıdıb".

Millət vəkili Naqif Həmzə filmlə bağlı fikirlərini səsləndirib:

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Bu gün həqiqətən də tarixi günlər yaşayırıq. Ard-arda sevindirici xəbərlər alırıq. Bu, da bizim 44 günlük Vətən savaşından sonra qazandığımız zəfərlə əlaqədardır. Zəfər zəfər gətirir. Bu gün artıq Qərbi Azərbaycana getməyin yollarını axtarırıq. Özü də döyüşərək yox, sülh yolu ilə. Aqil Ələsgərə və "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin bütün komandasına , Gənclər Fonduna təşəkkürümü bildirirəm ki, Qərbi Azərbaycanlıarın məhz Türkiyədə araşdırılmasına dair belə bir film ərsəyə gətiriblər".

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, "Belə layihələri maliyyələşdirdiyinə görə Gənclər Fonduna təşəkkürümü bildirirəm. Mən də filmdə sözümü demişəm. Bu mövzu çox önəmli mövzudur. Uzun müddət bu mövzuya müraciət olunmayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanlılara ayırdığı diqqətdən sonra Azərbaycanın ictimai, siyasi həyatında araşdırılmalar başlandı və bu mövzuya çox ciddi şəkildə diqqət ayrıldı. Bu faciələr bizim faciəmizdir, bunuunutdurmamalıyıq".

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLARQərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqarlı filmin əhəmiyyətini yüksək dəyərləndirib: "Bir filmin ərsəyə gətirilməsi çox böyük əziyyət tələb edir. Biz 30 il ərzində necə ki, hər birimiz Qarabağlı olduq, indi də hər birimiz Qərbi Azərbayacanlıyıq".

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLARSonda xatirə şəkili çəkilib.

"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR"Türkiyədə Qərbi Azərbaycan izləri" sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr