Mədəniyyət Nazirliyi sözünü tutmur: Müsabiqə qaliblərinin pulu iki ildir niyə verilmir?
"Mədəniyyət naziri görüşdə söz vermişdi ki, bu problem yaxın günlərdə həllini tapacaq. Amma nazirlə görüşdən həftələr keçsə də, bizə çatası maliyyə vəsaitindən xəbər yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında rejissor Ayşad Səfərəliyev 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Tammetrajlı bədii film layihələrinə dəstək-2022" müsabiqəsinin qaliblərinə maliyyə vəsaitlərinin ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirərkən deyib.
Rejissorun sözügedən layihədə "Uçurum" adlı filimi ilə mükafat alıb:
"Layihəyə bir çox rejissorlar, prodüserlər kimi mən qoşuldum. 2022-ci ilin aprel ayında münsiflər heyəti tərəfindən qaliblər elan olunub. Bu qaliblərin sırasında mən də varam və müsabiqəyə "Uçurum" adlı layihə təqdim etmişdim. Qalib olandan sonra bizə 25 min manat mükafat verilməli idi. Mükafat deyəndə ki, yəni bəzi qaliblərə istehsal üçün pul ayrılmalı idi. Bizim layihədə isə bu maliyyə ssenarinin inkişafı üçün nəzərdə tutulub. Lakin o gündən indiyə qədər hələ də həmin pulları ala bilmirik. Bundan əlavə, doğru-düzgün bir səbəb də göstərilmir. Nə səbəb göstərilsə də, qanuni olaraq deyilən vəsait ödənilməlidir".
Ayşad Səfərəliyev deyib ki, problemin səbəblərinin aydınlaşdırılması məqsədi ilə qaliblərdən Tahir Tahiroviç iki həftə öncə nədəniyyət naziri Adil Kərimli ilə görüşüb:
"Nazir məsələ ilə maraqlanıb və deyib ki, bir-iki günə problem həllini tapacaq. Amma bu gün görünən odur ki, biz pulumuzu ala bilməmişik. Ümumiyyətlə, bunun səbəbini heç bir qalib bilmir. Yaxşı olar ki, aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirsinlər".
Qeyd edək ki, Mədəniyyət Nazirliyi 2021-ci ildə "Tammetrajlı bədii film layihələrinə dəstək-2022" müsabiqəsi keçirib. Müsabiqənin nəticələri 2022-ci ilin aprel ayında açıqlansa da, bu günə kimi qaliblər üçün nəzərdə tutulan pul mükafatı ödənilməyib.
Müsabiqənin münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə - "Buta Film" MMC-nin "Ata və oğullar", "Ultra Production"nın "Əlvida, noyabr", "Nova Gorica" Kino Mərkəzi MMC-nin "Qıfıl", "Mandarin Agency Co."nun "Mavi sviterli adam", "Narimanfilm" MMC-nin "Müqəddəs inək", "Ultra Production"un "Ölü Həsən", "Cinemedia" MMC-nin "Uçurum" layihələri mükafata layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1374 Tarix: 15 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabr