"Elə ailələr var ki, onlar özləri, cəmiyyət və gələcək üçün böyük təhlükə böyüdürlər" - DEPUTAT
Xəbər verdiyimiz kimi, dünən Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, fevralın 13-ü bütün ölkəni sarsıdan cinayət hadisəsi baş verdi. Həqiqətən insan inanmaq istəmir ki, bu ölkədə belə bir hadisə olub:
"Əslində belə bir halda konkret kimisə günahlandırmaq tək çıxış yolu deyil. Mən sosial platformalarda müxtəlif yanaşmalar görürəm, kimisi ata- ananı, kimisi onu xəstəxanadan çıxışına icazə verən həkimi günahkar bilir. Tam səmimi deyirəm ki, bu tip problemlə qarşılaşan bir çox ailə elə həmin ailənin etdiyi səhvi təkrarlayır. Hazırda həmin potensialda bəlkə də yüzlərlə uşaq böyüyür və ailə bu aqresiyanın səbəbini tam dərindən bilmir, həmçinin həkimlərin də məsləhətinə qulaq asmır. Həll yolunu isə uşağın dediklərini yerinə yetirməkdə və ya dərmanlarla sakitləşdirməkdə görür. Təbii ki bu qədər aqressiya bir günə, bir ilə yaranmayıb. Hələ ki, yeniyetmə zamanında bu vətəndaş ailəsinə kifayət qədər xəstəliyinin ağırlığını nümayiş etdirib. Düşünürəm ki, bu tipdə olan uşaqların həkim nəzarətində müalicəsini təmin etmək üçün təkcə məktəbin qərarı və rəyi kifayət etməyəcəkdir. Mütləq şəkildə ailələr övladlarının xəstəliyinə həssas yanaşmalıdır. Digər tərəfdən də cinayəti törədənin həqiqətən də xəstə olduğu şübhə altındadır. Mediada yayılan videolardan da görünür ki, həmin şəxs sərbəst şəkildə jurnalistlərin sualını cavablandırır. Lakin bütün hallarda bu şəxsin potensial təhlükə olduğu bəllidir. Bütün ailələrə demək istəyirəm ki, uşaqların problemlərini gizlətmək, başqa yollarla həll etmək əvəzinə müalicə üçün həkimə müraciət etsinlər. Hazırda bəlkə də elə ailələr var ki, onlar həm özləri, həm də cəmiyyət üçün gələcək üçün böyük təhlükə böyüdürlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1090 Tarix: 16 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabr