DİN-dən əhaliyə kameralarla bağlı müraciət
"Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir".
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir.
Daxili İşlər Nazirliyi tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur: "Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir.
Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir.
Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir.
Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 941 Tarix: 16 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabrOnlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrMəktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı
"Məktəblərdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəb prosesdir". Qaynarinfo xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bunu valideynlərin uşaqlarını məktəbə qoyub işə getməsi ilə əlaqələndirib. O əlavə edib ki, dərs saatlarını
14 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabrSabahdan Bakı metrosunda intervallar azaldılır
"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər-Əhmədli" mənzilində pi
14 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabr